Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Lamiyə Quliyeva uşağının atasının kimliyini açıqladı

 

Həbsxanada ana olması ilə gündəmə gələn Lamiyə Quliyeva ictimaiyyətə müraciət edib

"Xeberinfo.com":  Məlumata görə, müraciət barədə azadliq.info-ya Lamiyə Quliyevanın vəkili Fəxrəddin Mehdiyev məlumat verib. 
Vəkil bidirib ki, 4 saylı Cəzaçəkmə Müəsissəsində cəza çəkən Lamiyə Quliyeva dünən ona zəng edərək bu fikirlərini ictimaiyyətə çatdırmağı xahiş edib: "Jurnalistlərin, mətbuatin taleyimlə bağlı diqqətinə görə onlara təşəkkürümü bildirirəm. Lakin eyni zamanda mətbuatda və sosial şəbəkələrdə yer alan şayiələr, xüsusən də başıma gələn olayda keşmiş penitensiar xidməti əməkdaşının adının hallanması məni çox narahat edir və üzür. Çünki bu məlumatlar yalandır və şayiələrdir.
Xahiş edirəm, bu mövzuda yazanlar nəzərə alsınlar ki, bu hər bir insana məxsus olan şəxsi, həssas məsələdir və analıq hissi ilə bağlıdır. Buna bu cür yanaşmalarını rica edirəm. Mənə qarşı zorakılıq olmayıb, könüllü seçimim olub. Dəfələrlə yazılan məlum hadisəyə görə mən 15 yaşımdan məhkumluq həyatı yaşayıram. Uzun illərdir azadlığa çıxacağım günləri həsrətlə saymışam. Lakin vaxt keçdikcə qərəzli açılan yeni-yeni cinayət işləri azadlığı məndən uzaqlaşdırıb. İki il bundan əvvəl mənə qarşı ücüncü dəfə açılan cinayət işinin (bundan əvvəl Lamiyə Quliyevanın məhkumluğu bir dəfə 5 il 6 ay artırılmışdı – red.), ittihamın qarşısını Xətai Rayon Məhkəməsi bəraət hökmü ilə dayandırdı. Məhkəmənin budəfəki ədalətli qərarı məndə azadlığa çıxmaq ümidləri yaratdı. Lakin prokurorun apelyasiya şikayəti əsasında Bakı Apelyasiya məhkəməsi Xətai Rayon Məhkəməsinin qərarını ləğv etdı və mənə daha 6 il 6 ay azadlıqdan mərhumetmə cəzası kəsdi. Apelyasiya Məhkəməsinin bu qərarı mənim yaranan ümidlərimi, azadlıq arzularımı puç etdi. Mən ömrümün sonuna kimi həbslərdə çürüyəcəyimi anlayaraq, depressiyaya düşdüm və bu addımı atdım. Bu addım ümidsizlikdən yaranan bir addım idi.
Apelyasiya Məhkəməsi ilə bağlı mən Bakı İstintaq Təcridxanasında saxlanılırdım və o zaman orada istintaqı aparılan, həbsdə saxlanılan bir şəxslə öz istəyimlə görüşdüm. Həmin şəxs uşağımın atasıdır. Mən Təhqiqat Şöbəsinin əməkdaşına bu şəxs barədə yazdığım ifadədə bildirmişəm, adını və soyadını da yazmışam. DNT test nümunələrini də təqdim etmişəm.
İndi mən məhbəsdə analıq ömrümü yaşayıram. Məhbəsdə analıq amansız taledir. Bundan sonra bu taleyi uşaqla yaşamalıyam. Xahiş edirəm, bütün bunlara görə məni qınamayın və mühakimə etməyin”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam