Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

DİM onlayn sınaq imtahanları keçirir

 

Dövlət İmtahan Mərkəzi (DİM) abituriyentlərə kömək məqsədi ilə 2013-2017-ci illər ərzində qəbul və sınaq imtahanlarında istifadə olunmuş test kitabçaları üzrə onlayn sınaq imtahanları təşkil edir

 

Yenixeber.org: Bu barədə DİM-in mətbuat xidmətindən məlumat verilib.

Hər bir qrup üzrə qiyməti 3 manat olan onlayn sınaq imtahanlarına abituriyentlər evi tərk etmədən rahat şəkildə yazıla və ya onlara uyğun günün istənilən vaxtında daxil olub biliklərini yoxlaya bilərlər.

Hazırda 2015 və 2016-cı il qəbul imtahanlarının sual kitabçaları üzrə onlayn sınaq imtahanları http://otk.az portalına yerləşdirilib. Digər illərə aid imtahan materialları portala yerləşdirildikcə əlavə məlumat veriləcək.

Müxtəlif illərdə qəbul və sınaq imtahanlarında istifadə olunan bu test kitabçalarının onlayn versiyası ilə abituriyentlər builki qəbul imtahanlarına hazırlıq səviyyələrini bir daha özləri üçün müəyyənləşdirə bilərlər.

Qeyd edək ki, onlayn sınaq imtahanlarında istifadə olan test tapşırıqlarının modeli builki qəbul imtahanlarına tam uyğundur.

Abituriyentlər onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, öz cavabları ilə düzgün cavabları müqayisə etmək imkanı alırlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam