“TARAN”-a DÜÇAR OLAN SƏRNİŞİNLƏR…
"Xeberinfo.com": Qurban bayramı ilə əlaqədar düşündüm ki,qohumlara baş çəkim. Yol boyu fikirləşdim, ilk olaraq bayramlaşmağı Səlimə xanımgildən başlayım. Düşündüyüm kimi edərək Səlimə xanımgilə gəldim və qapının zəngini çaldım. Qapını açan Səlimə xanım özü idi. Aynur( ad şərtidir) gözümə dəymədiyindən içəri girər- girməz qızı soruşdum. Səlimə xanım dedi ki, bir az olar evdən çıxdığı yəqin tezliklə qayıdar. Səlimə xanımla bayramlaşaraq ,olub keçənlərdən söhbət etdik. Hətta televiziya kanallarında hər gün eşitdiyimiz yol nəqliyyat hadisələrinə də toxunduq. Elə bu vaxt qapının zəngi eşidildi. Səlimə xanım tez-tələsik qaçaraq qapını açdı. İçəri daxil olan Aynur çox məyyus halda, üst –başı toz-torpaq içərisində hönkürüb ağladı. Səlimə xanım və mən çox təəccüləndik, görən nə olub deyə? Mən yaxınlaşıb onu sakitləşdirməyə çalışdım.
Nə olub sənə Aynur?
O ağlaya-ağlaya dedi. Nə yaxşı bizdəsiz. İndi sizə başıma gələn bir az öncə olmuş hadisəni danışım, qulaq asın. Mən onu səkitləşdirərək məsələnin nə olduğunu aydınlaşdırmağa çalışdım.
Danış Aynur!
Mən səni eşidirəm.
Təranə xanım, inanın məni bir olan ALLAHIM qorudu. Evə gəlmək üçün rəfiqəmlə marşuruta minmişdik. İçəri daxil olar –olmaz sürücünün sükanı idarə etməsi xoşuma gəlmədi. Sanki marşurut xətt üzrə hərəkət zamanı “SÜRƏT” maşını “RALLİYƏ” bənzəyirdi.Mən dayancağa çatmamış,sərnişinin biri düşmək istəyəndə, bir ayağı yerdə, bir ayağı isə marşurutun ayaq qoyan pləkanında , sürücü avatobusu sürdü və az qaldı xanım marşurutun təkərləri altına düşsün. İçəridəkilər haray salmasaydı sürücü yoluna davam edəcəkdi. Yazıq yıxılan xanım özünü bir təhər düzəldib, deyinə-deyinə,sürücüyə bir söz demədən yoluna davam etdi. Onun bu halına ürəyimdə acıdım. Amma məni cox acıdan bir məsələ oldu və öz-özümə deyindim. Görəsən bizim cəmiyyətin insanları niyə laqeyd və biganədir? İnsan yolun ortasında yıxılıb ölsə biri çevrilib baxmaz. Axı əvvəllər nsanlar belə deyildi. Nə isə birini qoyub birinə getməyim. Mənim də düşəcəyim dayanacaq yaxınlaşırdı. Rəfiqəmlə özümüzü düzəldərək sürücüyə yaxınlaşdıq ki, gediş haqqını ödəyib marşurutu tərk edək. Sürücü dayanacağa çatmaməş əyləci işə saldı və içəridəki sərnişinlərin əksəriyyəti dala-qabağa gedərək bir-birinə dəydilər. Mənzil başına çatanlar deyinə -deyinə marşurutu tərk etdilər. Növbə mənə çatanda əvvəlcədən gördüyüm hadisə mənim başıma gələcəyinə heç inanmazdım.Sürücü mən düşər-düşməz avtobusu yerindən təpətmək istəyəndə mən yerə yıxıldım. Ayaqlarım bir-birinə dolaşaraq təkərin altına yaxın yerə ilişdi. Ayağa qalxmaq istəyəndə sürücü hərəkət etmək istəyirdi ki, içəridə yaşlı kişi qışqırdı və olan hadisələrin əvvəldən şahidi olduğundan, sürücüyə yaxınlaşaraq onunla dalaşdı. Sürücü içəridəkilərin qışqırıq səsini eşidib, yerindən tərpənmək istəyən avtobusu saxlaya bildi. ALLAH bilir, marşurut hərəkət etsəydi ayaqlarım təkərin altından sağ-salamat çıxa bilməzdi. Həyatımı təhlükədə görən və sürücü ilə dalaşan həmin xeyrxah insan düşərək məni yerdən qaldırdı və üst-başımı təmizləyərək, xətər olub-olmamağını və ağrıyan yerimi soruşdu. Həqiqətən əməli başlı əzilmişdim. Qorxudan isə bütün vicudum titrəyirdi. Lakin,düşdüyüm vəziyyətə baxmayaraq, məni təəccübləndirən məsələ, salondakı sərnişinlərin mövcud duruma diqqət verməmələri idi.Bəlkə o yaşlı insanın da səsi çımayaydı? Mən hansı durumla üzləşə bilərdim?! Görəsən sağ-salamat qala bilərdimmi? Həhayət Aynur bu suallarla ağlamsına –ağlamsına fikirlərini tamalayaraq dedi:
Təranə xanım indi siz deyin biz bu məsələ ilə bağlı hansı tədbiri görək? Siz özünüz də qohumsuz , aidiatı yerlərdə kimlərimiz var bilirsiz. Nə edək? Necə edək? Bəlkə, lazımlı adamlara müraciət edək?
Mən isə cavabımda dedim.
Aynur, bu hadisə tək sənin başına gələn iş deyil. Özün yolboyu şahidi oldun ki, səndən başqası da bu və bunun kimi olayla qarşılaşıb. Bizim dövlətimiz var, və onun həqiqəti yazan jurnalistləri var. Mən baş verən olayla bağlı bir yazı hazırlayaram , deyərək qızı sakitləşdirdim. Yaxşı ki, Aynurdan soruşdum.
Bəs marşurutun dövlət nomrə nişanını və hansı xətt üzrə hərəkət etdiyini götürə bildinmi?
Dedi hə.
Rəfiqəm cəld tərpənib yaza bilib.
Təranə xanım, gərəksə deyim.
Əlbəttə lazım olacaq.
İndi siz deyin ey başına gəlib başmaqçı olanlar və qanun icraçıları aidiatı orqanların gözü hara baxır? Görəsən Nəqliyyat Nazirliyi tərəfindən istismara verilən marşurutlar müəyyən xətt üzrə hərəkət edən zaman sürücülərin sənədlərinin qaydasında olub- olmamadığına nəzarət edilirmi? Sürücülərin sağlamlığı, hətta psixoloji cəhətdən sağlam olmaqlarına diqqət edilirmi? Baxın əgər bu sualların cavabları yerindədirsə bəs niyə 10 TG 724 dövlət nömrə nişanlı 3 oktyabr tarixində xəttdə iş başında olan 18 saylı marşurut ötmə əməliyyatı yerinə yetirərək, özü ilə bərabər sərnişinləri “TARAN”- a sürükləyir? Bu suallara cavab verən tapılacaqmı? Niyə bu millətin qanı ilə oynayırlar? Niyə qanunlar kağız üzərində qalır? Bəs deyilmi hər gün yollarda QAN töküldüyü.Bu gün ən dəhşətli hal budur ki, evdən çıxırsan, amma bilmirsən salamat dönə biləcəksənmi? Bu və bunun kimi olay elə mənim öz başıma da gəlib. Jurnalist olaraq aidiatı orqanlara müraciət edirəm. Azərbaycanda da başqa dövlətlər kimi qayda-qanun öz icrasını tapmalıdır.Sanki bu gün ALLAHIN sevə -sevə yaratdığı insan qanunsuzluğun, özbaşınalığın əlində OYUNCAĞA çevrilib. Bir qarışqanı yarada bilirikmi?! Əminəm ki, bu və buna bənzər şikayətlər Nəqliyyat Nazirliyi tərəfindən nəzərə alınıb, lazımı qaydada ölçü götürələrək sərnişinlərin marşurutlarla istifadəsi zamanı yollarda tam təhlükəsizliyi təmin edilməklə, yanaşı görülən tədbirlər televiziya və kütləvi mətbuat səhifələrində işıqlandırılacaq!!!
TƏRANƏ ŞƏMS...