Redaktor seçimi
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Günün xəbəri

Xalq onu seçəcək, çünki...

 

Xalq onu seçəcək, çünki...

 

 

 

Xalq onu seçəcək, çünki...

 

 

Yenixeber.org: Qoca tarixin təcrübəsi göstərir ki, zəngin təbii və iqtisadi sərvətlərə malik olan ölkələrdə müstəqilliyin qorunub saxlanılması bəzən onun əldə edilməsindən daha çətin və mürəkkəbdir. Düşmən təcavüzünə məruz qalan və təcrübəsiz dövlət rəhbərləri tərəfindən idarə olunan Azərbaycanda bu, daha da çətin, məşəqqətli idi. Ölkəmiz yalnız dövlət müstəqilliyini itirmək təhlükəsi ilə deyil, eyni zamanda, daxildən də parçalanmaq təhlükəsi ilə qarşı-qarşıya qalmışdı.

Ölkəni bu ağır vəziyyətdən 1993-cü ildə xalqın istəyi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev çıxardı. Belə bir çətin anda, çətin dövrdə xalqımızın müdrikliyi bir daha özünü göstərdi. Xalqın təkidi və tələbi ilə ümummilli liderimiz Heydər Əliyev Azərbaycana qayıtdı, xalq onu prezident seçdi və ondan sonra ölkəmizin inkişaf dövrü başlandı. Bütün xoşagəlməz meyllərə son qoyuldu, sabitlik, ictimai asayiş bərqərar olundu, qeyri-qanuni silahlı dəstələr tərksilah edildi. Bir sözlə, Azərbaycan inkişaf yoluna qədəm qoydu.

İlham Əliyev  bəhs etdiyimiz siyasəti uğurla davam etdirir.

Onun hakimiyyəti illərində yeni iqtisadi yüksəliş başlanıldı, Azərbaycan iqtisadiyyatına xarici investisiyalar yatırıldı, digər sahələrdə olduğu kimi bu sahədə də köklü dəyişikliklərin aparılması üçün yeni imkanlar yaratdı. Sözügedən siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil edir.

Həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində ictimai-siyasi sabitliyin təmin olunması, istehsalda yaranmış geriləmə proseslərinin qarşısının alınması və digər tədbirlərdən sonra iqtisadiyyatda ətalət aradan qaldırıldı və bununla da Azərbaycanın iqtisadi inkişafına mahiyyətcə yeni mərhələnin təməli qoyuldu. Əldə olunan makroiqtisadi sabitlik, sənayedə və digər sahələrdə iqtisadi göstəricilərin artımı, həyata keçirilən geniş miqyaslı iqtisadi islahatların ilkin nəticələri aparılan siyasətin düzgünlüyünü və Azərbaycanın bazar iqtisadiyyatı yolunda inamlı addımlarını təsdiq edir.

İlham Əliyevin gərgin fəaliyyəti nəticəsində, qlobal iqtisadiyyatdakı böhran və makrobazarlardakı laubələrə rəğmən, ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfatı sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunub. Ən əsası isə bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yaradılıb.

Hazırda sənaye məhsullarının buraxılışında artım müşahidə olunur, bu sıradan neft emalı, metallurgiya, ağac emalı, şüşə və çini-saxsı məhsullar istehsalında artım daha yüksək olub. Digər istehsal sahələrində yerində sayma və ya geriləmə sürətlə aradan qaldırılır, bəzi hallarda isə bu meyl tamamilə dayandırılıb, hasilat sənayesi ilə yanaşı, qeyri neft sektoru  da inkişaf etdirilib.

Sənayenin inkişafı ilə yanaşı Heydər Əliyev respublikada kənd təsərrüfatının inkişaf etdirilməsinə də xüsusi diqqət yetiririr. Məhz bu diqqətin nəticəsində respublikada 120-dən çox normativ-hüquqi akt qəbul edilib, kənd təsərrüfatı məhsullarının satışında qiymətlər tam sabitləşib, idxal-ixrac əməliyyatlarında bütün maneələr aradan qaldırılıb.

Yaxın keçmişdə əsas kənd təsərrüfatı məhsullarını müxtəlif xarici ölkələrdən alan Azərbaycan indi əksinə, xaricə məhsul ixrac edir. Bu da sözsüz ki, məhsul istehsalının intensiv artımı nəticəsində mümkün olub.

Azərbaycanın istər daxili, istərsə də xarici siyasət müstəvitlərində əldə etdiyi uğurlar ölkə hamiyyyətinin fəaliyyət strategiyasının ana xəttini təşkil edən milli tərəqqi ideyalarının təzahürüdür.

Həmin strategiyanın reallaşdırılmasında müstəsna zəhmət və səylər isə dövlət başçısı İlham Əliyevə məxzusdur.

Müstəqilliyimizin daha da möhkəmləndirilməsi, ölkədə sabit siyasi sistemin, çoxməzmunlu və fərqli formalı iqtisadi strukturun aktiv formalaşması, habelə demokratikləşmə proseslərinin genişlənməsi, ölkəmizin dünya transformasiya proseslərinə inteqrasiyasının daha səbatlı səciyyə kəsb etməsi, milli iqtisadiyyatın daha da inkişafı üçün mühüm sosial-siyasi bazanın yaranması bəhs etdiyimiz taktikanın bariz nəticələridir.

"Yaranması" yazdıq - "yaradılması" yox, çünki İ.Əliyevin yürütdüyü siyasət postsovet məkanının bir sıra dövlətlərində olduğu kimi, zahirən bazar iqtisadiyyatı qanunları, marketinq qaydaları və menecment tələbləri ilə idarə olunan, əslində isə planlı format kəsb edən iqtisadiyyatın fəaliyyəti deyil.

Kiçik və orta sahibkarlığa dəstək, yerli istehsalçıların böyük dövlətlərin və ya çoxdan təmərküzləşmiş trasmilli korporasiyaların haqsız rəqabət pressinqindən qorunması, regionların inkişaf layihələrinin proqram formasında qətiyyətlə və iradə ilə gerçəkləşdirilməsi, iqtisadiyyatın qeyri-neft sektorunun tərəqqi istiqamətində irəliləyişi - bütün bunlar İlham Əliyev siyasətinin taktiki nəticələridir.

Strategiya isə ölkə iqtisadiyyatın bütünlüklə rəqabətə davamlı etməklə yanaşı, ölkə vətəndaşlarının maddi rifah səviyyəsinin daha da yüksəldilməsinə yönəlmiş konkret fəaliyyətin nəzəriyyədən üst səviyyədə olmasıdır.

Bunu dövlət başçısına xalqın etimadı, milli elitanın və habelə beynəlxalq müşahidəçilərin verdikləri yüksək qiymət bir daha sübut edir.

Azərbaycanın seçdiyi yol düzgün yoldur. İqtisadi, siyasi və sosial islahatların paralel şəkildə aparılması Azərbaycanı hərtərəfli inkişaf etdirir, ölkəmiz üçün çox lazım olan sabitliyi möhkəmləndirir, ictmai-siyasi vəziyyətə müsbət təsir göstərir. Ona görə də siyasi və iqtisadi islahatların davam etdirilməsi zamanın tələbidir. Əgər biz, doğrudan da, müasir, güclü ölkə yaratmaq istəyiriksə, bunu etməliyik. Bu işdə dövlətin üzərinə böyük vəzifələr düşür. Biz buna birlikdə nail olmalıyıq.

Heydər Əliyevin xalqımızın, dövlətimizin, millətimizin, cəmiyyətimizin milli və hərtərəfli inkişafına yönəlmiş müstəqillik konsepsiyasını yaradıcılıqla davam və inkişaf etdirən İlham Əliyevin siyasətinin məzmunu, habelə əsas qayəsi ölkədə demokratik islahatları, cəmiyyətin mütərəqqi transformasiya proseslərini yaxın müddətdə başa çatdırmaq, vətəndaş cəmiyyəti strukturlarının və təsisatlarının formalaşmasıdır. Yəni bu, sabitlikdən inkişafa doğru ideologiyasının reallaşdırılmasıdır.

İlham Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafı ilə eyni istiqamətdə olan demokratikləşmə proseslərini bir-birindən asılı olmayan təcrid edilmiş formatda görmür və hər iki paralel xətti Azərbaycanın tərəqqisinin başlıca və vahid istinad məqamı kimi əsaslandırır.

Bu baxımdan İ.Əliyevin strategiyası yalnız lokal miqyasda, sadəcə Azərbaycan üçün işlək olan məsələ yox, ümumilikdə inkişaf etməkdə olan bütün dövlətlərin tərəqqisinin və irəliləyişinin bazisi, təməl prinsipi qismində tətbiq oluna bilər.

"Ölkədə həm siyasi, həm də iqtisadi sahədə islahatlar cəsarətlə aparılır. Mən tam əminəm ki, siyasi və iqtisadi islahatlar, iqtisadi yüksəliş və demokratikləşmə prosesləri bir-birini tamamlamalıdır və paralel şəkildə həyata keçirilməlidir. Əks təqdirdə, iqtisadi durum yaxşılaşmasa, bizim iqtisadi planlarımız həyata keçməsə, təbii ki, Azərbaycanda tam şəkildə demokratik cəmiyyətin qurulmasından söhbət gedə bilməz", - deyən dövlət başçımız haqlı olaraq bəyan edir ki, hər hansı ölkənin inkişafı heç də təbii sərvətlərin zənginliyi ilə deyil, demokratikləşmə proseslərindən, qanunun aliliyinin qorunmasından, vətəndaş cəmiyyəti təsisatlarının inkişafından asılıdır.

Hər bir Azərbaycan vətəndaşının bu ideyaya, ideyanı reallaşdıran və gündəlik yaşama inikas etdirən dövlət başçımıza inamı sonsuzdur.

171 il əvvəl sənaye üsulu ilə neft hasil edən ilk ölkə olan Azərbaycan sonrakı iki əsrdə də qlobal neft bazarında əhəmiyyətli  amil kimi ümumdünya əhəmiyyətini qorudu. XX yüzilliyin sonunda imzalanan "Əsrin müqaviləsi" sayəsində yeni dünya düzəninin neft xəritəsinin əsas memarları sırasına daxil olan məmləkətimiz XXI əsrə Avropanın əsas enerji təhlükəsizliyi təminatçılarından biri statusu ilə qədəm qoydusa, indi ölkəmiz qeyri-neft sektorunu inkişaf etməklə iqtisadiyyatın enerjidaşıyıcıları ixracından asılılığını azaldır və eyni zamanda, neft-qaz bazarlarında mövqelərini möhkəmləndirir.

Bu, ölkəmizin Avrasiya məkanında malik olduğu müstəsna iqtisadi və geosiyasi mövqeyinin ən azı daha 30 il davamlılığını təmin etməklə yanaşı, böyük neft-qaz ixracatçısı kimi gələcək inkişafın yeni etibarlı bünövrəsini formalaşdırır.

Azərbaycanın növbəti intibah mərhələsi başlayır, çünki qlobal fəsad və böhranlardan uğurla qorunan ölkəmiz artıq daha geniş miqyasda irəliləyişdədir.

Vətəndaşların sosial rifahın daha yüksəldilməsi üçün əlavə maliyyə rıçaqları formalaşır, qeyri-neft sektorunun, xüsusən də aqrar sahənin inkişafında "böyük dalğa" yaşanır və bu sahədə dövlət dəstəyinin həcminin daha da artırılacağı proqnozlaşdırılır. Bütün bunlar iqtisadi islahatlar kursunun, modernləşmənin yeni keyfiyyət mərhələsi başladığına dəlalət edir.

Azərbaycan iqtisadi dividendlərini qlobal və regional miqyasda siyasi üstünlüyün əsas zəmininə döndərir.

Və eyni zamanda ABŞ, Avropa İttifaqı, İngiltərə və digər fövqəldövlətlər İlham Əliyevə, onun iqtidarına, davamçısı olduğu kursa etimad bəsləyirlər və siyasi dəstək verirlər.

Tarix belə yazılıb, yazılır və ən başlıcası, tarixi belə yazırlar...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam