Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Kürdəmirdə Konstitusiya Günü münasibətilə tədbir - FOTOLAR

Kürdəmirdə Konstitusiya Günü münasibətilə tədbir - FOTOLAR

 

Bu gün rayonun Heydər Əliyev Mərkəzində Kürdəmir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 12 noyabr - Konstitusiya Gününə həsr olunan  dəyirmi masa keçirilib.   

Xeberinfo.com:  Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, ağsaqqallar və ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak edirdilər.

Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət  etmiş, abidənin önünə tər gül-çiçək dəstələri düzmüş, ona hörmət və ehtiramlarını ifadə etmişlər.

Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələləri üzrə müavini Vəsilə Əsgərli açaraq bildirib ki, Ümummilli Liderimiz Heydər Əliyev zəkasının məhsulu, Azərbaycan Respubliksının əsas qanunu olan ilk Milli Konstitusiyamız xalqımızın hüquq və azadlığını, demokratik hüquqi dünyəvi dövlət quruculuğunu, milli-mənəvi dəyərlərimizi təsbit edən hüquqi sənəddir. Bu tarixi sənəd Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan dövlətinə, Azərbaycan xalqına xidmətinin heç vaxt unudulmayan təzahürüdür.

Dəyirmi masada “Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə insan hüquq və azadlıqlarının əsas təminatçısıdır” mövzusunda rayon Prokrorunun köməkçisi Cəlal Əmirxanov, “Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması və inkişafında Milli Konstitusiyamızın rolu”  mövzusunda rayon Sorsor kənd tam orta məktəbinin direktoru Zeynal Səfərov, “Azərbaycan Konstitusiya – təhsil, əmək və istirahət hüququ verən tarixi sənəddir” mövzusunda rayon Təhsil şöbəsinin müdir əvəzi Mətləb Allahverdiyev, “Azərbaycan Konstitusiya Heydər Əliyev ideyalarının təntənəsidir”  mövzusunda rayon Mədəniyyət və turizim şöbəsinin müdiri Vaqif Alıyev məruzələrlə çıxış edərək Konstitusiyanın yaranmasının tarixi və inkişaf mərhələlərindən,  Ümummilli Liderimiz Heydər Əliyevin bu istiqamətdə xidmətlərindən, əsas Qanunda təsbit olunmuş insan hüquq və azadlıqlarından ətraflı danışıblar.  

 

Tədbirdə Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov çıxış edərək bu əlamətdar gün münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi, xoş arzularını çatdırdı. O,öz çıxışında bildirdi ki,Xalqımızın ən yeni tarixində özünə layiqli yer tutan əlamətdar günlərdən biri də 12 noyabr – Konstitusiya günüdür. Azərbaycan xalqının əsrlərlə arzusunda olduğu azadlıq, müstəqillik amallarını gerçəkləşdirən, onun gənc, lakin qüdrətli dövlət quruculuğu sahəsində bütün səylərinə istiqamət verən, Ulu Öndərimiz Heydər Əliyevin banisi olduğu Konstitusiyamız bugünki sabitliyimizin, dövlət müstəqilliyimizin qarantıdır. 1991-ci ildə müstəqillik əldə etmiş Azərbaycan xalqı çətin sınaqlardan keçməli oldu. Bir yandan xarici düşmən təcavüzü, torpaqların itirilməsi, digər tərəfdən ölkədaxili çəkişmələr, iqtisadi böhran ölkəni iflic vəziyyətinə salmışdı. Ulu Öndər Heydər Əliyevin xalqın ağır günlərində məhv olmaq təhlükəsi qarşısında qalmış dövlətin idarəçilik yükünü öz çiyinlərinə götürməsi Azərbaycan xalqı üçün xilas yolu oldu. Tamamilə iflic olmuş, əmlakı talan edilmiş, ordusu olmayan, iqtisadiyyatı dondurulmuş bir ölkəni yenidən qurmaq, onun bütün strukturlarında islahatlar aparmaq, artıq öz funksiyasını itirmiş, heç bir qüvvəyə malik olmayan qanunların yeniləri; daha sivil, daha demokratik   qanunlarla əvəz etmək kimi çətin missiyanı öz üzərinə götürmək bu müdrik insanın xalqı qarşısında fədakarlığı idi.Konstitusiya – ali hüquqi qüvvəyə malik olan qanunvericilik aktıdır. Azərbaycan Respublikası hüququnun bütün sahələri əsas qanunumuza  uyğun olmalıdır. Milli Konstitusiyamız respublikamızın qoşulmuş olduğu bir sıra beynəlxalq konvensiyalara və müqavilələrə, beynəlxalq miqyasda qüvvədə olan qanunlara əsaslanır. Konstitusiyamız Azərbaycanın beynəlxalq aləmdə bərabərhüquqlu üzv kimi öz müstəqilliyinə söykənən xalqımızın mənafeyinə uyğun siyasət aparmasına geniş imkanlar yaradır, Azərbaycan Respublikasının, onun dövlətinin suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasına təminat verir. Ölkənin daxili həyatının hüquq normalarına əsasən tənzimlənməsinin Konstitusiyada təsbit edilməsi hüquqi dövlətin yaranmasından xəbər verir.Milli Konstitusiyamız bu gün çiçəklənən, inkişaf edən Azərbaycanımızın yollarına işıq salır. Qanunlarımızın aliliyi dövlətimiz, eləcə də hər bir vətəndaşımız tərəfindən qorunur. Qanunlara hörmət, dövlətə sədaqət, Vətənə məhəbbət hər bir azərbaycanlının həyat amalına çevrilir. Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin ölkəmizdə apardığı uğurlu islahatlar xalqın sosial-rifah halının yaxşılaşmasına xidmət etməklə qanunlarımızın aliliyinə söykənir.

Kürdəmirdə Konstitusiya Günü münasibətilə tədbir - FOTOLAR
Kürdəmirdə Konstitusiya Günü münasibətilə tədbir - FOTOLAR
Kürdəmirdə Konstitusiya Günü münasibətilə tədbir - FOTOLAR
Kürdəmirdə Konstitusiya Günü münasibətilə tədbir - FOTOLAR
Kürdəmirdə Konstitusiya Günü münasibətilə tədbir - FOTOLAR
Kürdəmirdə Konstitusiya Günü münasibətilə tədbir - FOTOLAR


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam