Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"İslahatlar nəticəsində Azərbaycan daha sürətlə inkişaf edəcək" -Əli Əhmədov

Ulu Öndərin işləyib hazırladığı müasir müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycanın uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, uğurların əsasını qoyub.

Yenixeber.org:  Bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov partiyanın təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan "Azərbaycan dünyaya günəş kimi doğacaq" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Ə.Əhmədov 15 İyunun Azərbaycan tarixində özünəməxsus yer tutduğunu, xalqımızın taleyində dönüş anı olduğunu bildirib:

"Müstəqilliyin əvvəllərində Azərbaycanın anarxiya, parçalanmaq və məhv olmaq təhlükəsi, iqtisadi tənəzzül, beynəlxalq təcrid ilə üzləşdi. Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmiz bu bəlalardan xilas olaraq inkişaf yoluna qədəm qoydu, republikamızda mühüm siyasi və iqtisadi islahatlar həyata keçirildi, neft strategiyası reallaşdırıldı, cəbhədə atəşkəs əldə olundu, nizami ordu quruculuğu prosesinə başlanıldı, cəmiyyətin inkişafı üçün fundamental əsasları yaradıldı".

Baş nazirin müavini deyib, Ulu Öndərin işləyib hazırladığı müasir müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycanın uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, uğurların əsasını qoyub.

Prezident İlham Əliyevin liderliyi ilə bu gün Azərbaycanın öz inkişafının yeni mərhələsini yaşadığını bildirən Ə.Əhmədov deyib ki, ölkəmizin iqtisadi transformasiyasının əsas səbəbi iqtisadiyyatın daha da gücləndirilməsi, insanların rifahı üçün daha əlverişli şəraitin təmin olunması, bütün bu uğurlara nail olunmasında yeni üsul və vasitələrdən istifadə edilməsidir:

"Prezidentin rəhbərliyi ilə reallaşdırılan islahatlar iqtisadiyyatın şaxələndirilməsi, Azərbaycanın yeni mərhələdə daha sürətli inkişafını təmin etmək məqsədini güdür. Bu islahatlar nəticəsində Azərbaycan daha sürətlə inkişaf edəcək".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam