Redaktor seçimi
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Günün xəbəri

Səmra Rəhimli: Bundan da açıq-saçıq geyinə bilərəm– FOTO + VİDEO

Səmra Rəhimli: Bundan da açıq-saçıq geyinə bilərəm

 

Müğənni Səmra Rəhimli “Hypnotized” adlı klipini təqdim edib

 

Yenixeber.org: Mahnının sözləri isveçli Erik Dahlqvist və Sebastian Ekstranda, musiqisi isə yunan bəstəkar Nikos Sofisə aiddir.

Yeni işini çox bəyəndiyini söyləyən Səmra bundan sonra sözügedən komanda ilə bir neçə layihə gerçəkləşdirəcəyini vurğulayıb:

“Klipimiz Ukraynanın Lvov şəhərində çəkilib. Klipi elə ukraynalı komanda ərsəyə gətirib.
Komanda özü mənə müraciət etdi, istədim, işlərimə yeni nəfəs gətirim. Klipim və bu ideya çox xoşuma gəldi.

Klipdəki geyimlərimi anam gecəsini gündüzə qatıb hazırlayıb. Paltarlar bir neçə gün ərzində hazır olub. Ümumiyyətlə, karyeramla bağlı hər dəliliyi edə bilərəm. Hər şeyə hazır dünyaya gəlmişəm. Gözləmədiyiniz şeyləri belə edə bilərəm”. 

Müğənni kliplərində istifadə etdiyi göz simvolunun masonluqla əlaqəsi olmadığını deyib:

“İlk dəfə göz simvolunu istifadə edəndə söz-söhbət yaradacağını bilmirdim. Masonlarla əlaqəm yoxdur, göz mənim talismanımdır. Çox sevirəm. Kliplərimdən əvvəl də hər zaman göz naxışları olan geyimlərdən və akssessuarlardan istifadə etmişəm. Sadəcə, “Badminton” klipi zamanı bu, daha çox gözə çarpdı”.

İfaçı bildirib ki, müzakirələrə səbəb olmasına baxmayaraq, bundan sonra açıq-saçıq fotolar çəkdirə bilər:

“Mən axı birtəhər qarşılanmalı geyimlərdən istifadə etmirəm. Sadəcə, insanlarda belə bir reaksiya yaranır. Bu isə yaxşıdır. Açıq-saçıq fotosessiyalarım var. Bundan da açıq-saçıq geyinə bilərəm. Hər proyektim nəyi tələb edirsə, bununla da izləyici qarşısına çıxacam.

Rəylərə fikir verib, əsəblərimi yormuram. Elə insanlar var, olacaq da. Sənin yerində olmaq istəyib, bunu heç vaxt bacarmayacaqlarını bilə-bilə rəylər yazırlar. Yazsınlar da”.

O, daha sonra həmkarlarına da söz atmağı unutmayıb:

“Mən bilirəm ki, nə qədər çalışsanız da, mənə çatmayacaqsınız. Özündənrazılıq kimi çıxmasın. Başlayırlar ki, bu, nə geyimdir? Bu nədir, geyinmisən? Sonra gedib özlərini mənə oxşadırlar.

Gülməli görünür. Tək müğənnilər deyil, adi insanlar da var. Adi mağazadan nəsə alıram, səhər gedirəm ki, artıq bitib. Məndə görüb gedib alırlar”. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam