Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Bakı Təbriz ilə əvəz edildi– ilginc faktlar

 

Bu günlərdə sosial şəbəkələrdə əməkdar artist Eyyub Yaqubova məxsus məşhur “Azəri torpağı” ilə bağlı maraqlı video yayılıb.

Yenixeber.org: Videodan məlum olur ki, Güney Azərbaycanda adı çəkilən mahnı xalq çalğı alətləri orkestri və xor üçün işlənilərək, daha geniş ifada hazırlanıb. Mahnının güneyli soydaşlarımız tərəfindən səsləndirilməsi təbii ki, çox sevindirici və təqdirediləndir. Lakin mahnıda daha bir məqam da diqqət çəkir – “Bakı” sözünün “Təbriz”lə əvəz edilməsi.

“Azəri torpağının hamımız övladıyıq,

Təbriz bizim anamız, ona canla bağlıyız,

Sən saç, ey günəşim, Azərbaycanıma,

Əzizdir mənə Vətənim, mən bağlıyam adına”.

Bu da sosial şəbəkələrdə müəyyən müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı mahnın ifaçısı əməkdar artist Eyyub Yaqubovla əlaqə saxlamağa çalışdıq. Lakin müğənnin meneceri Həsən Məmmədyarov onun hazırda ölkədə olmadığını bildirdi. Menecer həmçinin qeyd etdi ki, müğənninin hələ ki bu məsələdən xəbəri yoxdur: “Eyyub Yaqubov çox da internetdən, sosial şəbəkələrdən istifadə etmədiyi üçün, yəqin ki, bundan da xəbərsizdir”.

Qeyd edək ki, 2000-ci ilin əvvəllərində məşhurluq qazanan mahnının müəlliflərinin internet resuslarında Eyyub Yaqubov (sözləri və ifası), və Elçin İmanov (bəstə) olduğu göstərilir.

Mahnı ərsəyə gələn andan çox geniş auditoriya qazanmışdı. Lakin elə həmin vaxt da mahnıdakı “Azəri” sözü müzakirələrə yol açmışdı. 

Mövzu ilə əlaqədar tanınmış bəstəkar Elçin İmanovala əlaqə saxladıq. Bəstəkar suallarımızı bu cür cavablandırdı:

“Bildiyimə görə, mahnının müəllifi, 70-ci illərdə dəbdə olan Oqtay adlı bəstəkardır. Geniş kütlə arasında ona “Oqtayçik” deyirdilər, həmin vaxt mən uşaq idim. Bəstəkarın qızı ilə keçmiş ANS kanalında Kamran Həsənlinin verilişində tanış olmuşdum... Mənim bu mahnının bəstəkarı kimi təqdim olunmasına gəldikdə isə, deyərdim ki, bu savadsızlıqdır. Musiqidə mövcud olan hind musiqisinin intonasiyalarından hər şey bəllidir. Sadəcə olaraq, Eyyubun əksər mahnılarının müəllifi olduğum üçün belə düşünürlər. Zaman belə zamandır”.

Qeyd edək ki, əməkdar artist Eyyub Yaqubovun meneceri də bizə açıqlamasında mahnın bəstəkarının Oqtay adlı bəstəkar olduğunu və onun bir neçə il öncə vəfat etdiyini bildirdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam