Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Xüsusi sifarişlə teatrımızı bağladılar”

 

 

 

   Aktyorlarının əksəriyyəti gənc həvəskarlardan ibarət olan ODA teatrının fəaliyyəti növbəti dəfə dayandırılıb
"Xeberinfo.com: Bu barədə musavat.com saytına teatrın direktoru Elmin Bədəlov məlumat verib. 
O, obyekt sahibinin onlara xəbərdarlıq etmədən teatrı yerləşdiyi binadan çıxardığını deyib: “Sentyabrın 9-da mən rayona getməli idim. Getməmişdən 1 gün qabaq obyekt sahibi mənə dedi ki, “Mənim bacım oğlu dövlət işində çalışır. Ona Nəsimi rayon Polis İdarəsindən zəng vurublar və deyiblər ki, “ODA teatrını oradan çıxarın, onlar müxalifətçidirlər, burada əxlaqsız fotolar çəkirlər”. Mən də dedim ki, bu zəngdən xəbərim yoxdur. Ola bilsin ki, qonşular şikayət ediblər. Çünki qonşuların bizdən xoşları gəlmirdi. Teatra şortiklə gələnlərə sataşırdılar, söz atırdılar. Biz də əhəmiyyət vermirdik. Biz müxalifətçi deyilik, sadəcə tamaşa göstəririk. Tamaşalarımızda tənqid edirik. Görünür, bu, xoşlarına gəlməyib. Qalan hər şey bəhanədir”.
“Dedi ki, biz buradan çıxmalıyıq. Çünki əxlaqsız fotolar çəkmişik”
Elmin Bədəlovun sözlərinə görə, binadan çıxarılmaları polisin obyekt sahibinə təzyiqi nəticəsində olub: “Yer sahibi Fərhad Məhəmmədi bu məsələ ilə bağlı polislə görüşməli idi. Mən də rayona getdim. Bir neçə gün sonra mənə zəng vurdu və mən Bakıya qayıtmalı oldum. Dedi ki, biz buradan çıxmalıyıq. Çünki əxlaqsız fotolar çəkmişik. Və polis məsələsini yalanladı. Dedi ki, o, heç bir polislə görüşməyib, bunun polisə aidiyyatı yoxdur. Amma biz bilirik ki, ona təzyiq ediblər, ona görə, bizi buradan çıxarır. O, bunu nə qədər inkar etsə də, məsələnin həqiqi üzü budur. Onun dediyi “əxlaqsız” fotolar “nude” janrında çəkilmiş fotolar idi. Bu bütün dünyada çəkilir. Bu, əxlaqsızlıq deyil, incəsənətdir. Ola bilsin ki, biz bunu tam yaxşı bacara bilmədik. Amma bizi də anlamaq olar. Hələ yeniyik və öyrənirik”. 
“Bizə dəyən maddi ziyan ödənilməlidir”
E.Bədəlov daha sonra dedi: “Bizim buradan çıxarılmağımız bizə hər formada ziyan vurdu. İlk növbədə sentyabr ayı üçün icarə haqqını ödəmişdik. Bundan əlavə oranı təmir etmişik, səhnə üçün xüsusi texniki işlər görmüşük. Tamaşaçıların rahat əyləşməsi, səhnə dizaynına görə xüsusi pilləkənlər quraşdırmışdıq. Bütün bunların hamısı maddi vəsaitdir. Bizə dövlət tərəfindən pul ayrılmayıb. Bütün xərcləri satılan biletlərdən əldə olunan gəlirlər sayəsində ödəmişik. Bəzən də, əlavə iş yerlərimizdən qazandığımız pullardan teatr üçün xərcləmişik. Bizə dəyən maddi ziyan ödənilməlidir. Divarlarda, qapıda günlərlə vaxt, zəhmət xərclənərək, qrafitilər çəkilmişdi. Onu bir saat içində divardan sildilər. Bu da mədəniyyətə, zəhmətə qarşı hörmətsizlikdir”. 
“Əgər razılaşmasa, mütləq məhkəməyə müraciət edəcəyik”
E.Bədəlov bildirdi ki, əgər obyekt sahibi onlara dəymiş maddi ziyanı ödəməsə, məhkəməyə müraciət edəcəklər: “Biz həftənin 4-cü günü yer sahibi ilə görüşəcəyik. Əgər razılığa gələ bilsək, bizə dəyən ziyanı ödəsə, məhkəməyə müraciət etməyəcəyik. Əgər razılaşmasa, mütləq məhkəməyə müraciət edəcəyik. Bizim onunla müqaviləmiz var. O, bizi çıxarmaq istəsə belə, 1 ay öncədən xəbər verməli idi. Amma bunu etmədi. Qapının qıfılını dəyişdi və bizi oradan çıxardı. Aydın məsələdir ki, bu, sifarişlə edilib. Sadəcə, elə bir düşüncə yaratmağa çalışırlar ki, guya burada kiminsə sifarişi yoxdur. Guya sahibkar özü bizi çıxarır. Çünki bundan öncə də bizi icarəyə götürdüyümüz yerdən çıxaranda polisin adı çox hallanmışdı, media yazmışdı. Bu dəfə üslubu dəyişiblər. Özlərini kənarda saxlayırlar”. 
E.Bədəlov teatra qarşı təzyiqləri dayandırmaq üçün DİN-ə müraciət etdiklərini də bildirdi: “Bizə olan təzyiqləri dayandırmaq və problemi çatdırmaq məqsədilə Daxili İşlər Nazirliyinə məktubla müraciət etmişik. Bütün baş verənləri rəsmi şəkildə daxili işlər naziri Ramil Usubova olan müraciətimdə qeyd etmişəm. Bundan öncəki təzyiqlər zamanı müraciətimizin xeyri olmuşdu. Ümid edirəm ki, bu dəfə də, faydası olacaq”.
Qeyd edək ki, ODA teatrı Bakının Əlövsət Quliyev 115 ünvanında yerləşirdi. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam