Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Nazirliyin Bayıl yamacı ilə bağlı SON AÇIQLAMASI:Ola bilər ki...

Nazirliyin Bayıl yamacı ilə bağlı SON AÇIQLAMASI:

 

"Bayıl yamacında - Teleqüllənin yaxınlığındakı sahədə sürüşmə prosesi müvəqqəti olaraq dayanıb. Amma ola bilər ki, yerin dərinliklərində proses gedir"

 Yenixeber.org: Bunu  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

R.Həsənovun sözlərinə görə, onlar yerin dərin qatlarında hansısa proseslərin baş verdiyini müəyyənləşdirə bilmirlər:

"Bayılda yanvarın 24-də baş verən sürüşmədən bir gün əvvəl biz ərazidə olmuşduq. Orada heç bir dəyişiklik yox idi, ancaq sabahısı vəziyyət dəyişmişdi. Buna görə də yerin dərin qatlarında hansısa proseslərin baş verib-vermədiyini deyə bilmirik. Hazırda isə ərazidə elə bir dəyişiklik müşahidə edilmir".

R.Həsənov qeyd edib ki, hazırda Bayıl yamacındakı sürüşmə sahəsində dəqiq tədiqatların aparılması üçün hazırlıq işləri görülür:

"Ola bilsin ki, yaxın günlərdə bu tədqiqatlara başlayacayıq. Reperlər quraşdırıldıqan sonra ərazidəki ən kiçik tərpənişi belə hiss etmək mümkün olacaq".Nazirlik rəsmisi əlavə edib ki, Bayıl yamacında baş verən sonuncu sürüşmə 2000-ci ilin martın 7-də baş verən sürüşmə qədər böyük olmasa da, bu hadisəni kiçik də saymaq olmaz:

"O zaman Şəhidlər Xiyabanının aşağı hissəsində sürüşmə-batma hadisəsi baş vermişdi, oradakı böyük tikililər torpaq altında qalmışdı. Torpaq qatı az qala prospektə qədər gedib çatmışdı. 2000-ci ildə Bayıldakı sürüşmə prosesini dayandırmaq üçün ərazidə istinad divarları tikildi, yamacın yükünün azaldılması istiqamətində işlər görüldü, ərazidə ağaclar əkildi, yaşayış evlərinin tikilməsinə icazə verilmədi".

Qeyd edək ki, yanvarın 24-də Bayıl yamacında baş vermiş sürüşmə nəticəsində ərazidə olan 98 ev təhlükəli vəziyyətə düşüb, sakinlər ərazidən çıxarılaraq sığınacaqlara yerləşdirilib.

Hadisədən bir neçə gün sonra isə ərazidə 4 ev tam uçub, 2 ev isə yararsız vəziyyətə düşüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam