Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Eldəniz Quliyevin müşaviri ölkədən qaçdı

 

Azərbaycan Ziyalılar Birliyinin sədri, rejissor Eldəniz Quliyevin müşaviri Seyran Rəfiyev Azərbaycanı tərk edib. 

  "Xeberinfo.com": Məlumata görə, o, ailəsi ilə birlikdə Avropaya gedib və ötən həftənin 5-ci günü sığınacaq almaq üçün Hollandiya hökumətinə müraciət edib.

    Qeyd edək ki, Eldəniz Quliyev son günlər həbs olunmaq təhlükəsini yaşayır. Lakin 
Seyran Rəfiyevin adı E.Quliyevlə DİN arasinda olan gərginlikdə hallanmayıb. Lakin ola bilsin ki hadisənin mətbuata, ictimaiyyətə belli olmayan tərəfləri də var.

Məsələ ilə bağlı AzNews.az-ın əməkdaşı Eldəniz Quliyevlə əlaqə saxlayıb. O, xəbəri təsdiqləyib: “Doğru xəbərdir. Seyran bəy ölkədən getdi. Bizim DİN-lə olan məlum qarşıdurmadan sonra o, bir sıra problemlərlə üzləşdi və getmək qərarını verdi”. 

Qeyd edək ki, bir neçə gün əvvəl məhkəmənin qərarı ilə Eldəniz Quliyevin ölkədən çıxmasına qadağa qoyulub. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam