Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

“Çox güman ki, çəkişmə həbslə nəticələnəcək”

 

eldeniz quliyev etnik azlıqlar te 11

    Azərbaycan Ziyalılar Birliyinin sədri, müxalif Milli Şuranın üzvü, kinorejissor Eldəniz Quliyev daxili işlər naziri Ramil Usubovun şikayəti üzrə Nəsimi Rayon Məhkəməsində keçirilən prosesi dəyərləndirib.

  "Xeberinfo.com": Proses sentyabrın 8-də başlayıb. Ramil Usubov Eldəniz Quliyevin Cinayət Məcəlləsinin 147 və 148-ci (təhqir və böhtan) maddələri ilə cəzalandırılması üçün xüsusi ittiham qaydasında iddia qaldırıb. İddiaya səbəb Eldəniz Quliyevin yol polisi barədə yazdıqları olub. Eldəniz Quliyev “Feysbuk” səhifəsi vasitəsilə Ramil Usubova müraciət ünvanlayıb. Müraciətdə bəzi yol polisi əməkdaşlarının öz vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyini yazan Eldəniz Quliyev naziri konkret addımlar atmağa səsləyib.

8 sentyabr prosesində hakim Eldəniz Quliyevin “Feysbuk” statusunda gedən bəzi ifadələrin məhkəmə linqvistik ekspertizasına təqdim olunmasına qərar verib. Artıq ekspertizanın rəyi məhkəməyə təqdim olunub. Rəydə Eldəniz Quliyevin yazdıqlarında təhqir məqamlarının olduğu qeyd edilir.

Oktyabrın 15-də Nəsimi Rayon Məhkəməsi Eldəniz Quliyevin ölkədən çıxmasına qadağanın götürülməsi ilə bağlı vəsatəti təmin etməyib. Eldəniz Quliyevin ölkədən çıxmasına yasaq qərarı sentyabrın 10-da çıxarılıb.

Növbəti proses oktyabrın 20-də keçiriləcək.

Eldəniz Quliyev oktyabrın 16-da “Media forum” saytına deyib ki, Azərbaycanda məhkəmədən yaxşı bir şey gözləmək mümkün deyil: “Yaxşı heç nə gözləmədiyim üçün hər şey ola bilər. Çox güman ki, çəkişmə həbslə nəticələnəcək. Azərbaycan məhkəmələri müstəqil fəaliyyət göstərə bilmir, sifarişlə işləyir. Bu, təəssüf doğurur, çünki məhkəmə hakimiyyəti dövlətçiliyin təməl sütunlarından biridir.

“Feysbuk” səhifəmdə yazdıqlarımda hər hansı bir adamın yox, bir təşkilatın adı hallanır. Qanunda təşkilatın şərəf və ləyaqəti anlayışı yoxdur. Bu terminlər fərdə aiddir. Yazdığım statusda təhqir görmürəm. Əgər iddia olunduğu kimi Azərbaycan polisi yaxşıdırsa, biz də yaxşı olmasını istəyirik. Lap yaxşıdırsa, ideal olmasını istəyirik. Çünki polis bizi qorumalıdır, biz polisdən qorunmamalıyıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam