Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Nazir Eldəniz Quliyevi məhkəməyə verdi

 

      Daxili işlər naziri Ramil Usubov Ziyalılar Birliyinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyevi məhkəməyə verib.

     "Xeberinfo.com": Nazir Eldəniz Quliyevlə bağlı Nəsimi Rayon Məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldırıb. Bu barədə “Azadlıq”a sözügedən məhkəmədən bəlli olub. Ramil Usubov iddiasında Eldəniz Quliyevin Cinayət Məcəlləsinin 147 (təhqir) və 148-ci (böhtan) maddələri ilə cəzalandırılmasını xahiş edib.

   Daxili işlər nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov “Azadlıq”a açıqlamasında bildirdi ki, bir neçə gün öncə Eldəniz Quliyev Daxili İşlər Nazirinə mətbuat vasitəsiylə müraciət edib: “Müraciətində hansısa yol polisi əməkdaşının hərəkətindən gileylənirdi. Eldəniz Quliyev həmin mətnin dörd-beş yerində ümumən Azərbaycan polisinin ünvanına təhqiramiz ifadələr işlədib, onun şərəf və ləyqaətini çox kobud şəkildə alçaldıb. Onun işgüzar nüfuzunu gözdən salmaq üçün müxtəlif ifadələr yer alıb. Bizim ona cavabımızda olmuşdu. Ancaq həmin müraciətdən dərhal sonra respublikanın çox saylı polis əməkdaşları Daxili İşlər Nazirliyinin rəhbərliyinə həmin şəxsin məhkəməyə verilməsini və bununla da məsələnin hüquqi müstəvidə həll edilməsini xahiş ediblər. Çoxsaylı şikayətlər nəzərə alınıb və sənədlər toplanaraq Cinayət Məcəlləsinin 147 və 148-ci maddələriylə xüsusi ittiham qaydasında məhkəməyə müraciət olunub”.

00258Eldəniz Quliyev “Azadlıq”a açıqlamasında məsələyə bu cür münasibət bildirib: “Polis mundiri rəmzləri daşımaq üçün deyil, o eyni zamanda asayişi pozanlardan fərqlənmək üçün geynilir”.

Eldəniz Quliyev hesab edir ki, ona qarşı bu addım onun Milli Şuradakı fəaliyyəti ilə bağlıdır.

Qeyd edək ki, Eldəniz Quliyev bir neçə gün öncə mətbuatda Daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb. Müraciətdə bəzi yol polisi əməkdaşlarının öz vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə diqqət çəkən E.Quliyev R.Usubovu məlum problemin həlli istiqamətində konkret addımlar atmağa səsləmişdi

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam