Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Eldəniz Quliyevlə bağlı sərt qərar qüvvədə qaldı





  "Xeberinfo.com": Bu gün Nəsimi Rayon Məhkəməsində daxili işlər naziri Ramil Usubovun Ziyalılar Birliyinin sədri, kinorejissor Eldəniz Quliyevlə bağlı xüsusi ittiham qaydasında şikayəti əsasında məhkəmə prosesi davam etdirilib. 

APA-nın məlumatına görə, prosesdə E.Quliyev barəsində seçilmiş başqa yerə getməmə haqqında qərarın ləğv edilməsini istəyib. Lakin məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra E.Quliyevin vəkili linqvistik ekspertizanın rəyi ilə tanış olmadıqlarını deyib və məhkəmədən rəylə tanış olmaq üçün vaxt istəyib. Hakim onun xahişini nəzərə alıb.

Proses oktyabrın 20-də davam etdiriləcək.

Xatırladaq ki, ötən prosesdə E.Quliyevin polislər haqqında söylədiyi fikirlərlə bağlı ekspertizanın keçirilməsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, Eldəniz Quliyev bir müddət əvvəl mətbuatda və sosial şəbəkələrdə daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb. Lakin müraciətdə Azərbaycan polisi ilə bağlı sərt ifadələr yer alıb. Bundan sonra R.Usubov Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə Eldəniz Quliyevin 147.1 (təhqir) və 148-ci (böhtan) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə Ramil Usubov tərəfindən verilən xüsusi ittiham qaydasında şikayəti icraata qəbul edilib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam