Redaktor seçimi
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Günün xəbəri

Paris su altında– FOTO

Paris su altında

 

 

 

Fransa paytaxtında güclü leysan Sena çayının məcrasından çıxmasına səbəb olub, şəhərin mərkəzi küçələri daşqın sularına qərq olub

Yenixeber.org: Fotoşəkilləri “qiyamət günü”-nü xatırladır. Qədim evləri su basıb,  maşınlar daşqın suları altında qalıb, bəzi sakinlər küçələrdə  əmələ gələn “çaylarda”  qayıqla hərəkət etməyə məcbur olub.

Alma körpüsü yaxınlığındakı “Zuav əsgəri” həyəcanlı şəkildə uzaqlara baxır. Daşqınla əlaqədar 19-cu əsrin ortalarında inşa olunmuş körpü uçma riski ilə üzləşib.

Daşqın fəsadlarına ən yaxşı limanlardan tamaşa etmək olar. Ancaq maraqlısı ondadır ki, həmin limanlara indi ancaq üzərək çatmaq olar.

Parisin şərqindən Eyfel qülləsinə kimi çay boyunca uzanan avtomobil yollarında nəqliyyatın hərəkəti dayandırılıb.

Mirabo körpüsündə isə güclü su axın müşahidə olunur.

Sena çayında suyun səviyyəsi 3.3 metrdən çox qalxıb.

Şəhər parkı su altında qalıb. Dağıntılardan sonra bərpa  işlərinə milyonlarla avro vəsait tələb olunacaq.

Bir çox sakinlər ətrafdan təcrid olaraq çıxılmaz vəziyyətdə qalıb.

Ərazini yalnız qayıqla tərk etmək mümkündür.

Yanvarın 25 etibarən Parisin 6 dəmiryolu stansiyası bir neçə gün müddətinə  bağlanıb.

Soyuqqanlı parisli qadın və ailəsi. Ancaq belə şəraitdə soyuqqanlı qalmaq çox çətindir.

Aşağı səviyyədə yerləşən Luvr zallarında ziyarət dayandırılıb.

Meteoroloji xidmətlərin proqnozlarına görə, Sena çayında suyun səviyyəsinə qarşıdakı bir neçə gün ərzində qalxmağa davam edəcək.

Körpülərin altında suyun səviyyəsi qalxdığından çay nəqliyyatı  dayandırılıb. Katerlər belə körpülərin altında keçə bilmir.

Motorlu qayıqlar “ən populyar”  nəqliyyat vasitəsinə çevrilib. Təəsüf ki, belə qayıqların sərnişin daşıma qabiliyyəti o qədər də böyük olmur.

Yəqin ki, bundan sonra Parisdə uzunboğaz balıqçı çəkmələri dəbə minəcək.

Selin gətirdiyi zir-zibil yaşayış evlərinin ətrafına yığılıb.

Çox nadir küçələrdə velosipedlə hərəkət mümkündür.

Sena çayının ortasında olan Sen-lui adası  faktiki olaraq suyun altında qalıb, birinci mərtəbənin sakinləri təxliyə olunub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam