Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiya sulara qərq olub

 

 

    Rusiyanın Altay vilayətinin 60 yaşayış məntəqəsi baş verən güclü daşqınlar səbəbindən sular altında qalıb.

 

"Xeberinfo.com": Daşqınlar səbəbindən evakuasiya olunan sakinlərin sayı 24 minə yaxındır. Altay vilayətinin rəhbəri Aleksandr Karlin vilayətin bütün orqanlarının rəhbərlərini daşqınla ən operativ şəkildə mübarizə aparmağı əmr edib.
 
Onun sözlərinə görə, daşqından əziyyət çəkənlərə hərtərəfli yardım göstərilir.
 
“Təbii fəlakətdən vilayətin 14 rayon və şəhərinin 60 yaşayış məntəqəsinin əhalisi əziyyət çəkib. Daşqının ziyan vurduğu ərazilərdən 23.7 min nəfər evakuasiya olunub, onların 5.1 min nəfəri uşaqlardır”, - deyə Karlin bildirib.
 
Artıq səhər saatlarından başlayaraq Biy, Katun, Çarış, Anuy və Pesçanaya çaylarında suyun azalması halı baş verib. Lakin bir çox iri şəhərlərdə - Barnaul və Biyskdə vəziyyət hələ də ağır olaraq qalır.
Qeyd edək ki, bir neçə gündür Rusiyanın Altay, Xakasiya və Tuva vilayətlərinin 14 regionunu sular altında qoyub.
 
Rusiya Fövqəladə Hallar Nazirliyinin Sibir regional mərkəzinin verdiyi məlumata görə, 7500-dən çox ev su altında qalıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam