Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Yaşayış massivini sel basdı, evlər su altında qaldı -Mingəçevirdə (FOTOLAR)

Yaşayış massivini sel basdı, evlər su altında qaldı -

 

Mingəçevir şəhərinə yağan güclü leysan yağışlarından sonra əmələ gələn sel suları ciddi fəsadlar törədib. 

 

Yenixeber.org:   APA-nın yerli bürosunun xəbərinə görə, Boz dağdan gələn sel suları Mingəçevir şəhərinin şimalındakı “Günəşli” bağ massivində 120-dən çox fərdi yaşayış evinə ziyan vurub. Evləri su basıb, küçələrdə, həyətyanı sahələrdə keçilməz su gölməçələri və lil qatı əmələ gəlib. Təbii fəlakət zamanı yerli sakinlərin tərəvəz bitkiləri və ev quşları da tələf olub.

 

Hazırda yaşayış massivinin 13, 14 və 15-ci küçələrində vəziyyət daha da acınacaqlıdır. Yerli sakin Şəhla Cəfərzadənin sözlərinə görə, onun mənzilinin içərisi tamamilə lil və sel suları ilə dolduğu üçün 3 uşağı ilə birgə evi tərk edib. Əraziyə FHN-nin əməkdaşları baxış keçirib. Sel suları evi qəzalı vəziyyətə saldığı üçün ailə üzvləri başqa mənzilə yerləşdirilib. Sel suları Tahir Zakirovun mənzilinə də ciddi ziyan vurub.

 

Yerli sakinlər selin fəsadlarının ağır olmasını “Günəşli” yaşayış massivindən keçən su kanalının çəkilişi zamanı nöqsanlara yol verilməsi, su ötürücülərinin lil və çöküntülərlə dolması səbəbindən baş verdiyini bildirirlər.

 

Hazırda ərazidə selin fəsadlarının aradan qaldırılması üçün işlər görülür.

Yaşayış massivini sel basdı, evlər su altında qaldı -
Yaşayış massivini sel basdı, evlər su altında qaldı -
Yaşayış massivini sel basdı, evlər su altında qaldı -


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam