Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Gürcüstanda Qarabağ şəhidi anılıb

Gürcüstanda Qarabağ şəhidi anılıb

 

 

Gürcüstanda Qarabağ şəhidi Elşən Məmmədovun xatirəsi anılıb

 


Yenixeber.org: Azərbaycanın Gürcüstandakı səfirliyinin  nümayəndələri - hərbi attaşe Fuad İbrahimov, hərbi attaşenin baş köməkçisi Elcan İmamverdiyev və səfirliyin məsul əməkdaşı Fəxri Hacıyev Bolnisi rayonunun Zol-Göyəc kəndində E.Məmmədovun ailəsinə baş çəkib, onları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik ediblər. 

 


Səfirliyin nümayəndələri şəhidin məzarını ziyarət edib və ətrafına həmişəyaşıl ağaclar əkib. Bolnisi bələdiyyəsinin merinin müavini Lonqinos Həsənov, Bolnisi azərbaycanlılarının mədəniyyət mərkəzinin sədri Əlixan Yəhyaoğlu, Zol-Göyəc kəndinin axundu da anım mərasimində iştirak ediblər.

 


Qeyd edək ki, E.Məmmədov 2015-ci ilin sentyabrın 29-da Tərtər rayonu istiqamətində düşmən təxribatının qarşısını alarkən şəhid olub. O, “Şücaətə görə” medalı ilə təltif olunub. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam