Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Bakı Musiqi Akademiyasının müəllim və tələbələri Tbilisidə konsert proqramı ilə çıxış ediblər

 

 

Bakı Musiqi Akademiyasının müəllim və tələbə heyəti ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar SOCAR-ın Gürcüstan nümayəndəliyinin Tbilisidəki baş ofisinin zalında konsert verib

 

Yenixeber.org: Konsert Azərbaycanın Gürcüstandakı səfirliyinin və SOCAR-ın Gürcüstan nümayəndəliyinin təşəbbüsü ilə baş tutub. Səfirliyin humanitar və mədəniyyət məsələləri üzrə müşaviri Samirə Ağayeva bildirib ki, səfirlik və SOCAR-ın Gürcüstan nümayəndəliyi ulu öndərin 95 illiyi ilə əlaqədar silsilə tədbirlər planı hazırlayıb. Bu tədbir də həmin planın tərkib hissəsidir. Akademiyanın prorektoru Nərminə Quliyeva Azərbaycanda musiqi və incəsənətin inkişafına göstərilən dövlət qayğısından danışıb. Tbilisidə belə bir tədbirin təşkilinə görə təşkilatçılara minnətdarlıq edib. Bakı Musiqi Akademiyasının müəllim və tələbələri Üzeyir Hacıbəyli, Qara Qarayev, Fərhad Bədəlbəyli, Tofiq Quliyevin əsərlərini və dünya klassik musiqisindən parçalar ifa ediblər. Konsertdə Azərbaycan səfiri Dursun Həsənov, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Gürcüstandakı Azərbaycan şirkətlərinin əməkdaşları, elm, incəsənət və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam