Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qaradağlıda törədilən soyqırım qurbanlarının xatirəsi anılıb

Qaradağlıda törədilən soyqırım qurbanlarının xatirəsi anılıb

 

 

 

Xocavənd rayonunun Qaradağlı kəndində ermənilərin törətdiyi soyqırımı qurbanlarının xatirəsinin 26-cı ildönümünə həsr olunmuş ümumrayon anım mərasimi keçirilib

 

 

Yenixeber.org: 1992-ci ildə Qaradağlının işğalından sonra Xocavəndin Haramı düzü adlanan ərazisində salınmış Qaradağlı qəsəbəsində təşkil olunan tədbirdə Xocavənd rayon icra hakimiyyətin nümayəndələri, Qaradağlı kənd sakinləri, Beyləqan rayon ərazisində məskunlaşan xocavəndlilər və “N” saylı hərbi hissənin hərbçiləri  iştirak ediblər.

 

Mərasim iştirakçıları həmin gün şəhid olan 80 nəfərin xatirəsinə ucaldılmış “Qaradağlı şəhidləri” abidə kompleksini ziyarət ediblər.

 

Qeyd edək ki, Xocavənd rayonunun Qaradağlı kəndi 1992-ci ildə ermənilər tərəfindən işğal olunub. Fevral ayının 13-dən ermənilərin kəndə silahlı hücumuna 4 gün müqavimət göstərilib. Fevralın 17-də qeyri-bərabər döyüşdə  kəndi müdafiə edən özünümüdafiə batalyonunun silah sursatı tükəndiyindən yaşayış məntəqəsi ermənilərin nəzarətinə keçib.  80 nəfər Qaradağlı sakini şəhid olub, 54 nəfər girov düşüb. Girovluqda olanlardan 8 nəfər ermənilərin işgəncəsinə tab gətirə bilmədiyindən həyatını itirib. 46 nəfər erməni girovluğundan azad olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam