Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Milli Şura Elçibəyi andı

 

 

Cəmil Həsənli: “Elçibəyin keçdiyi həyat yolu bir örnəkdi, millətə, dövlətə, milli ideallara xidmət etmək nümunəsidi”

 

Əli Kərimli: Əbülfəz Elçibəy prezident olaraq azərbaycanlılara sübut etdi ki, onların seçdiyi, onların içərisindən çıxdığı şəxs rüşvətsiz, xalqına təmənnasız xidmət edə bilər

 

 

Xeberinfo.comİyunun 24-də Milli Azadlıq Hərəkatının və Azərbaycan Xalq Cəbhəsinin mərhum lideri, ölkənin hələ ki, yeganə demokratik prezidenti olmuş Әbülfəz Elçibəyin doğum günü idi.

Bu münasibətlə Demokratik Qüvvələrin Milli Şurası onun xatirəsini uyuduğu Fəxri Xiyabanda yad edib. Milli Şura üzvləri və tərəfdarları Fəxri Xiyabanda Elçibəyin məzarı başında çıxışlar ediblər.

 

“Güney Azərbaycan ideyalları Əbülfəz Elçibəyin düşüncə tərzinin, Elçibəyçiliyin tərkib hissəsi idi”

 

İlk çıxış edən Milli Şuranın sədri, professorCəmil Həsənli oldu. Cəmil Həsənli dedi ki, 20-ci əsr Azərbaycan Milli Hərəkatının, milli düşüncəsinin, milli əxlaqının böyük nümayəndəsi, böyük öndəri Əbülfəz bəyin doğum günüdür: “Artıq 14 ildir Əbülfəz bəyin doğum günü onun özünün iştirakı olmadan keçirilir. Bu zaman ərzində onun cəmiyyətə verdiyi sevgi nəinki azalır, əksinə, ildən-ilə daha da artır. Bu gün səhərdən insanlar dəstə-dəstə Əbülfəz bəyin məzarını ziyarətə gəlirlər, onu yad edirlər, xatirəsini anırlarÇünki bəyin keçdiyi həyat yolu bir örnəkdi, millətə, dövlətə, milli ideallara xidmət etmək nümunəsidi. Mən həm peşə etibarı ilə tarixçiyəm, həm də tale elə gətirib ki, həyatımın böyük bir hissəsi Əbülfəz bəylə bir yerdə keçibdi.

Milli Şura sədrinin sözlərinə görə, Əbülfəz Elçibəötən əsrin 60-ci illərin sonlarından etibarən milli kimlik şüurunun formalaşmasında çox böyük rol oynadı, tələbə dərnəkləri yaratdı, milli istiqlal ideyasını insanların, xüsusilə də gənclərin canına saldı: “Əgər diqqət yetirsəniz 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Azərbaycan Azadlıq Hərəkatında iştirak edən, bu günün siyasi mühitində olan siyasi, ictimai xadimlərin böyük bir hissəsi Əblüfəz bəyin yetirmələridi. Bəy təkrarsız həyat yolu keçdi.Onun keçdiyi həyat yolu Azərbaycan müstəqilliyinə hədəflənmişdi. Güney Azərbaycan ideyalları Əbülfəz Elçibəyindüşüncə tərzinin, Elçibəyçiliyin tərkib hissəsi idi.

 

“Elçibəy heç vaxt hakimiyyətə hansısa mənada bir imtiyaz kimi baxmırdı”

 

Cəmil Həsənli çıxışında Elçibəy Kələkidə olanzaman onunla etdiyi söhbətlərdən də söz açdı.Bildirdi ki, Elçibəy ona hər necə olursa-olsun Azərbaycanın şimalı öz müstəqilliyinəqovuşduğunu deyib: “Əbülfəz bəy dedi ki,hakimiyyət bu gün yararsızdırsa bu daimi olmayacaq. Millətin öz içərisindən çıxan bir hakimiyyət bu müstəqil sükanı arxasına keçəcək, onu idarə edəcək. Ancaq Güney Azərbaycan böyük sınaqlar qarşısındadı. Ona görə də mənim həyatımın qalan hissəsi Güney Azərbaycan məsələlərinə həsr olunacaq. Mən əminəm ki, Əbülfəz bəyin bu gün də ideyalları həyatdadı. Güney Azərbaycan Milli azadlıq ideyası Əbülfəz bəyin adıyla bağlıdı. O, 20-ci əsrin əvvələrində məramı millətə xidmət etməkdən ibarət olan böyük nəslin sonuncu nümayəndələrindən idi. Çünki bəy heç vaxthakimiyyətə hansısa mənada bir imtiyaz kimibaxmırdıElçibəy həmişə hakimiyyətə millətə xidmət nümunəsi kimi yanaşırdı. Tarix Əbülfəz bəyin xidmətlərin heç vaxt unutmayacaq. Nə qədər ki, Əbülfəz bəyin ideyaları var, Azərbaycanın müstəqilliyi də bu ideyaların işığında, bu ideyaların fonunda daha parlaq göstərəcək. Mənə elə gəlir ki, Azərbaycanın düşdüyü bu vəziyyətdən çıxış yollarını da biz Əbülfəz bəyin ölməz ideyalarındaaxtarmalıyıq”.

Milli Şura sədri onu da qeyd etdi ki, Əbülfəz Elçibəy müstəqillik simvoludur: “O bir lider idi, o tarixə necə təmənnasız prezident olmağın nümunəsini göstərdi. Sonuncu dəfə belə nümunəni Azərbaycan Cümhuriyyətinin baş naziri Nəsib bəy Yusifbəyli atasına yazdığı məktubla göstərib. Əbülfəz bəy həm keçdiyi həyat yoluna, şəffaf bir həyat tərzinə, həm ideyallarına görə bizim qurucu babalarımızın ideyalarını davam etdirən böyük lider, böyük fikir adamı idi.

 

“Əbülfəz bəyin bu xalqa böyük sevgisini, məhəbbətini kim dana bilər? Heç kim.

 

AXCP sədri Əli Kərimli dedi ki, Elçibəyin məzarı önünə ələmatdar hadisəylə bağlıtoplaşmışıq: “Əgər yaşasaydı Əbülfəz bəyin 76 yaşı olacaqdı. Ancaq çox təəssüf ki, haqq dünyasını çox tez qovuşdu, cəmi 62 il yaşadı.Bu 62 ili kifayət qədər mənalı yaşdı. Bu 62 ilin ərzində elə nümunələr yaratdı, öz adını Azərbaycan tarixinə elə parlaq şəkildə yazdı ki, bu gün mən mübaliğəsiz Azərbaycan tarixində iki şəxsiyyət xatırladığımı deyə bilərəm. Onların doğum günündə minlərlə azərbaycanlı heç bir təbliğatsız, inzibati resurssuz kütləvi şəkildə sevinib bayram kimi qeyd edir, onların ölüm gününü də böyük itki, hüzn kimi qiymətləndirirlər. Bu iki böyük şəxsiyyət bizim Cümhuriyyətimizin qurucusu Məhəmməd Əmin Rəsulzadə və o cümhuriyyətin bərpasının əsasını qoymuş Əbülfəz Elçibəydi.

AXCP sədrinin sözlərinə görə, Əbülfəz Elçibəyreal siyasi lider olaraq fəaliyyət göstərib: “Təbii ki, onu istəməyənlər də olub. Onun tarixdəki rolunu mübahisələndirənlər də var. Ancaq bəyinelə xidmətlər var ki, hətta onu istəməyənlər dəbu xidmətlərin sonuna sual qoya bilmir. Gəlin onları xatırlayaqKim mübahisələndirə bilər ki, Azərbaycanda 70-ci illərdə, Sovet hökumətinin qılıncının dalı, qabağı da kəsən zamanlarda antiSovet təbliğatının əsasını qoyub, milli müstəqilliyimizin əsasını formalaşdıran liderƏbülfəz Elçibəy idi. Kim bunu dana bilər? Heçkim. Azərbaycanın milyonlarla insanın sovet xalqı kimi uyuduğu bir zamanda milli özünüdərkimizin əsasını kim qoymuşdu? Əbülfəz Elçibəy. Heç bir opponent bunun əksiniiddia edə bilməz. Bəs, Azərbaycan müstəqil dövlətinin bərpasına gətirib çıxarmış böyük xalq hərəkatının şəriksiz lideri kim idi? Yenə də Əbülfəz Elçibəy. Əbülfəz Elçibəy prezident olaraq azərbaycanlılara sübut etdi ki, onların seçdiyi, onların içərisindən çıxdığı şəxs rüşvətsiz, xalqına təmənnasız xidmət edə bilər.Kim dana bilər ki, Əbülfəz Elçibəy rüşvətsiz, təmənnasız prezidentlik edib? Heç kim. Onun bu xalqa böyük sevgisini, məhəbbətini kim dana bilər? Heç kim. Hətta opponentlərinin gözündə səhv kimi görünən addımların arxasındakı motiv də sevgi motiviolub. Ona görə də biz belə böyük bir şəxsiyyətin doğum günündə toplaşmışıq. O haqq dünyasına çox tez erkən qovuşsa da, gözəl nümunələr yaradıb.

 

“Əminliklə deyə bilərik ki, bu başlanmış yol sonuna qədər davam edəcək”

 

Əli Kərimli mıxışında onu da qeyd etdi ki,Əbülfəz Elçibəyin yaratdığı məktəb, onun ardıcılları bu gündə bu mübarizəni çiyinlərində davam etdirirlər: “Hər zaman düşünürəm ki, Əbülfəz bəyin uzaq görənliklə dediyiAzərbaycana müstəqilliyi biz qazandırdıq, demokratiyanı da biz gətirəcəyik iddialı çağırışını onun ardıcılları mütləq həyata keçirəcəklər. Əbülfəz bəy bu dünyanı tərk etsə də, bizim üçün böyük ideallar, hədəflər qoyubgedib. O hədəflər uğrunda mübarizə davam etməlidir. Hazırda biz Azərbaycan tarixinin çətin zamanlarını yaşayırıq. Böyük respressiyalar varZahirən adi görünə bilər Azərbaycan Milli Demokratik düşərgəsi Əbülfəz bəyin ideyalarının gerçəkləşməsi üçünyetərli başarılar əldə edə bilmir. Ancaq siz nəzərə alın ki, Azərbaycan kimi çox da böyük olmayan bir dövlət də 130 nəfər siyasi məhbusdan sonra da bu ölkədə əgər tam olaraq situasiyaya nəzarət edə, demokratiyanın qarşısını ala bilməyiblərsə bu həmin hərəkatın dərin köklərindəın xəbər verir. Əminliklə deyə bilərik ki, bu başlanmış yol sonuna qədər davam edəcək. Heç bir şübhəm yoxdur ki, bir gün biz bura gəlib əminliklə, fəxrlə deyə biləcəyik ki, bəy başlatdığın yolu sonuna gətirib çıxartdıq indi Azərbaycan müstəqildi, demokratikdi”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam