Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

“Azadlıq” qəzeti Elçibəyi niyə “unutdu”?

 

İyunun 24-ü Azərbaycan milli-azadlıq hərəkatının lideri, AXCP-nin keçmiş sədri, mərhum prezident Əbülfəz Elçibəyin doğum günüdür.
"Xeberinfo.com":  Hər il olduğu kimi bu il də sabiq prezidentin doğum günü sosial şəbəkədə, həmçinin mətbuatda yad edilir. Facebookda və digər sosial mediada Ə.Elçibəyin dostları, silahdaşları şəkillər paylaşır, onun haqqında öz ürək sözlərini, xatirələrini yazırlar. “Yeni Müsavat” qəzeti də ənənəsinə sadiq qalaraq bu günkü sayında Əbülfəz bəyin doğum günü haqda geniş məqalə dərc edib, qəzetin 1-ci səhifəsinin ən görkəmli yerindən həmin məqalənin anonsunu verib. 
 
Amma maraqlıdır ki, “Azadlıq” qəzeti bu tarixi – Elçibəyin doğum gününü nədənsə “unudub”. Başı Rüstəm İbrahimbəyovun “ermənilər bizim düşmənimiz deyil”, “Krım tarixi Rusiya torpağıdır” tezislərini, fikirlərini müdafiə etməyə qarışan qəzet Əbülfəz Elçibəy haqda 24 iyun, 2015-ci il tarixli sayında bircə cümlə belə yazmayıb. 
Bunu “Azadlıq” qəzetinin rəhbərliyindən soruşmağa çalışacağıq. Görək əsaslandırmaları nədən ibarət olacaq. Lakin hamı bilir ki, “Azadlıq” qəzetinin nəzarəti nə onun baş redaktorundadır, nə də kollektivində. Bu qəzetin nəzarət paketi birmənalı şəkildə AXCP sədri Əli Kərimlinin əlindədir. Ə.Kərimli qəzetin faktiki baş redaktorluğunu icra edir. O, “Azadlıq”da dərc olunacaq əksər materiallara əvvəldən şəxsən baxır, kimin şəklinin, açıqlamasının, müsahibəsinin necə, hansı səhifədən getməsinə bir-başa göstəriş verir. Hətta onun özü müxtəlif imzalarla qəzetdə məqalələr yazır. Bir sözlə, Ə.Kərimlinin “Azadlıq” qəzetinin cari siyasətini, fəaliyyətini birbaşa kontrolunda saxlayır. 
Görünür həm Əli Kərimli, həm də qəzetin kollektivi liderləri, keçmiş sədrləri haqda bir anım yazısı dərc etməyi məsləhət bilməyiblər. Təbii, onlar üçün gündəmdə daha “vacib” mövzular var. Məsələn, “Yeni Müsavat”ı, Rauf Arifoğlunu ləkələməyə çalışırkən, ona və qəzetinə şər-böhtan atmaq varkən, Əbülfəz Elçibəy mövzusu bunlar üçün sonuncu sırada dayanır... Axı həm də bunların lideri, “böyük patronu” Rüstəm İbrahimbəyovdur. Başları Rüstəm müəllimin anti-milli mövqeyini müdafiəyə qarışdığı üçün hər şeyi unutmaları bir qədər təbii görünür. 
Musavat.com   

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam