Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycanlı məmur erməni prezidentlə istirahətdə

 

Şuşa Rayon İcra Hakimiyyəti Mədəniyyət və Turizm şöbəsinin müdiri Zahid Abbasov və Ermənistanın eks-prezidenti Robert Köçəryanın 1986-cı ildə Yaltada istirahət edərkən bir yerdə çəkilmiş fotosu yayılıb. 

"Xeberinfo.com" Axar.az-a istinadən xəbər verir ki, bu foto Feysbuk sosial şəbəkəsində “Karabakh War Pictures” səhifəsində yerləşdirilib. 

Səhifə adminləri məlumatın kiməsə qara yaxmaq üçün paylaşılmadığını deyiblər: 

“Qeyd edim ki, bu, heç kimə qara yaxmaq üçün paylaşılmayıb. Nə də olsa, Zahid Abbasov şuşalıdır və erməni dostları olmağı xəyanət və sair kimi yozula bilməz. Danılmaz faktdır ki, vaxtilə Şuşada çox erməni yallanırdı və bu xain Köçəryan da həmçinin... Onu da nəzərə almaq lazımdır ki, Zahid Abbasov Qarabağ müharibəsində 5 il könüllü olaraq döyüşüb”. 

Qeyd edək ki, Z.Abbasov Xankəndində vilayət Komsomol Komitəsində işləyərkən Robert Köçəryanla Serj Sərkisyanın müdiri olub. Köhnə dostlar sonuncu dəfə iyirmi il sonra - 2009-cu ilin iyulunda İrəvanda görüşüblər.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam