Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Abbas Abbasov çevrilişə hazırlaşır

 

   Baş nazirin keçmiş müavini Abbas Abbasov Moskvada Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti – “AzərRos”da çevriliş etməyə hazırlaşır

    "Xeberinfo.com": AzNews.az-ın əldə etdiyi məlumata görə, Abbasov təşkilatda mövqelərini gücləndirmək, “AzərRos”un yalnız onun diktəsi ilə fəaliyyət göstərməsinə nail olmaq üçün rəhbər postunda dəyişiklik etmək istəyir. Bunun üçün Baş nazirin keçmiş müavini oktyabrın 17-nə qurumun fövqəladə toplantısını çağırıb.

Bildirilir ki, Abbasov iclasda Asif Məhərrəmovun təşkilatın prezidenti postundan çıxarılması məsələsini qaldıracaq.

“AzərRos”dan verilən məlumata görə, bu planın baş tutması qurumun gələcək fəaliyyətini sual altında qoyur. Çünki Asif Məhərrəmov nüfuzu kifayət qədər çoxdur və qurumun funksionerlərinin onu dəstəkləyəcəyi gözlənilir. Amma bir məsələ də bəllidir ki, Abbasov niyyətinə nail olacağına əmin olmasa, belə bir toplantını çağırmazdı. Qeyd olunur ki, Abbas Abbasov Asif Məhərrəmov vəzifəsindən kənarlaşdırıb, həmin posta öz adamını gətirə biləcəyi halda, təşkilatda ciddi çaxnaşmanın baş verəcəyi və parçalanmanın olacağı qaçılmazdır.

Qeyd edək ki, Asif Məhərrəmov “AzərRos”un prezidenti postuna qurumun 25 Yanvar 2013-cü ildə keçirilən V qurultayında seçilib. Bu qurultayda “AzərRos”un əsas idarəedici orqanı olan Ağsaqqallar Şurası təsis edilib. A. Abbasov Ağsaqqallar Şurasının sədri seçilib

 


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam