Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Ermənistan acından gəbərir”

 

“Robert Köçəryanın erməni düşüncəsindən kənara çıxması təəccüblü olardı. Bu baxımdan, onun Azərbaycan haqda dediklərinə çox da önəm verməməliyik. Ermənistanın təbii resursları olmadığı üçün neft qiymətlərinin aşağı düşməsinə sevinir”.



"Xeberinfo.com":  Məlumata görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov deyib.



Qeyd edək ki, Ermənistanın sabiq prezidenti Robert Köçəryan neft qiymətlərinin aşağı düşməsindən sonra Azərbaycanın əvvəlki hərbi potensiala malik olmayacağını iddia edib.



R. Musabəyov isə maraqlı məqama diqqət çəkib. Onun sözlərinə görə, əsas gəliri neft və qaz olan Rusiyanın iqtisadiyyatı zəifləyən kimi bu ölkədən asılı olan Ermənistanda təlatümlər yaşandı: “Rusiyadakı ermənilərin öz ailələrinə göndərdiyi pul köçürmələri kəskin şəkildə azaldı. Axı Ermənistan iqtisadiyyatı məhz bu pul köçürmələri və xaricdən alınan kreditlər hesabına qurulub. Təbii ki, bunu iqtisadiyyat adlandırmaq olarsa. Rus rublunun ardınca erməni dramının məzənnəsi kəskin şəkildə azaldı. Qızıl-valyuta ehtiyatlarının ixtisarı və xarici borcun artması bu ölkəni kritik vəziyyətə saldı. Azərbaycana gəlincə, bizim iqtisadi artımımız artacaq.

 

Çünki Azərbaycan Ermənistandan qırx dəfə çox olan öz ehtiyatlarına söykənir. Ermənistan öz acınacaqlı vəziyyətini düşünməlidir. Köçəryan da yaxşı olar ki, Azərbaycan problemləri haqda əllaməlik etmək əvəzinə öz ölkəsinin bədbəxtliyi haqda düşünsün. Rus atalar sözündə olduğu kimi: “Kök arıqlayır, arıq gəbərir”. Ermənistan acından gəbərir və o, Azərbaycan torpaqlarının işğalını davam etdirmək üçün qolçomaqlar kimi öz əhalisini talan edir”(Publika.az).

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam