Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Abşeronda ev fırıldağı

 

     Son bir həftə ərzində 10 yaxın adam aldadılıb, bir mənzil bir neçə nəfərə satılıb 

     "Xeberinfo.com": Abşeron rayonunda daha bir qalmaqal yaşanır. Əldə etdiyimiz  məlumata görə, bu dəfə qalmaqala səbəb saxta ev alverçilərinin rayonda tüğyan etməsidir. 

      Məlumatda deyilir ki, bir qrup şəxs bir evi bir-neçə nəfərə sataraq onları aldatmaqla yanaşı, həm də onlara külli miqdarda ziyan vurub. Belə ki, bu işlə məşğul olanlar artıq açıq şəkildə bunu edirlər. Son bir həftə ərzində isə bir evin bir neçə nəfərə satılması halıyla 10-a yaxın adam üzləşib. Məsələ ilə bağlı yerli qurumlara edilən müraciətə isə baxan yoxdur. 

      Maraqlısı isə  budur ki, fırıldaqçılıqla məşğul olan dəstənin üzvlərinə qarşı heç bir  tədbirin görülməməsidir. Bu da camaatda şübhə yaradıb. Onlarda belə bir fikir formalaşıb ki, bu işi görənlərin rəsmi qurumlarla bu və ya digər şəkildə əlaqələri var.

      Mövzu diqqətimizdədir


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam