Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Xanım müğənninin qardaşına 12 il həbs cəzası

 

 Bakı Ağır Cinayətlər Məhkəməsində “Əsgəroğlu-K” MMC-nin dələduzluqda təqsirləndirilən direktoru Kazım Kazımov, şirkətin satış meneceri Yaqub Kiyasov və mühasib Olqa Polkovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

  "Xeberinfo.com": AzNews.az Apa-ya istinadən xəbər verir ki, prosesdə hökm oxunub. Hökmə əsasən, K.Kazımov 12 il, Y.Kiyasov 10 il, O.Polkova isə 9 il müddətinə azadlıqdan məhrum edilib. 

Kazım Ələsgər oğlu Kazımov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 178.2.4-cü (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli bilinib. Bakı şəhərində tikinti işləri ilə məşğul olan K.Kazımov vətəndaşlara külli miqdarda ziyan vurmaqda, bir mənzili bir neçə nəfərə sataraq, dələduzluq əməlləri törətməkdə ittiham olunub. 

Qeyd edək ki, təqsirləndirilən şəxslərin barəsində bundan əvvəl digər cinayət işi də mövcud olub. Həmin cinayət işi üzrə K.Kazımov 10 il, Y.Kiyasov 9 il müddətinə azadlıqdan məhrum edilib. Azadlıqda olan O.Polkova isə məhkəmə zalında həbs olunaraq 7 il müddətinə azadlıqdan məhrum edilib. Bu gün hökm oxunan zaman onların azadlıqdan məhrumetmə illəri toplanılaraq barələrində yeni hökm çıxarılıb. 
K.Kazımov xalq artisti Aygün Kazımovanın qardaşdır. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam