Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Narkomaniyanın qurbanına çevrilən məmur övladları kimlərdir?

 

Son zamanlar bəzi məmur balalarının adları heç də yaxşı işlərdə hallanmır. Məmurlar və övladları həmişə cəmiyyətin maraq dairəsində olub.

"Xeberinfo.com":   Onların atdığı hər bir addım cəmiyyət tərəfindən izlənilir və qiymət verilir. Xüsusilə sosial şəbəkələrdə onların fəaliyyəti, atdığı hər bir addım müzakirə olunur və müxtəlif reaksiyalara səbəb olur.

Ona görə daim gündəmdə olan insanlar həm davranışlarına, həm dedikləri sözlərə fikir verməlidirlər. Dəfələrlə ölkə başçısı səviyyəsində məmurlara övladlarına görə ciddi xəbərdarlıq edilib. Hətta övladının qanunsuz hərəkətlərinə görə vəzifəsindən gedən məmurlar da az deyil. Ona görə də məmur balaları nümunəvi olmalıdırlar. Lakin ölkəmizdə əksər məmur balaları öz cızıqlarından çıxırlar. Cəmiyyətə böyük ziyan vurmaqla yanaşı, həm özlərini, həm valideynlərini pis duruma salırlar. Son zamanlar isə bəzi məmur balalarının adları cinayət hadisələrində, yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqda hallanır. Dəfələrlə, onlara güzəşt edilsə də, belə halların sayı azalmaq əvəzinə durmadan artır.

Bundan başqa bəzi məmur balalarının adı narkomaniyada hallanır. Narkomaniya demək olar ki, dünyanın bir sıra ölkələrində olduğu kimi ölkəmizdə də geniş yayılmaqdadır. Hazırda bir sıra dövlət rəsmiləri tərəfindən də bildirilir ki, məmur balalarının çoxu narkomaniya ilə məşğuldur. Məlumdur ki, narkotik cəmiyyətin bir bəlasıdır. Bu bəlaya düçar olan isə nadir hallarda bundan xilas ola bilir. Ümumiyyəltlə, narkotikə qurşanan insanların sonu demək olar ki, ölümdür. Ona görə də boş yerə deməyiblər ki, narkotik "Ağ ölüm"dür. İnsanların əksəriyyəti bunu bilərəkdən bu bataqlığa düşürlər. Hazırda gənclərin çoxu bu bataqlıqdadır. Onların isə bu bəlanın qurbanı olmasında məmur övladlarının rolu danılmazdır. Çünki hər kəsə aydındır ki, narkotik gəlirli biznesdir. Ona görə də onun ölkədə yetişdirilməsi, eyni zamanda xarici ölkədən gətirilməsi işi ilə adi bir vətəndaşın məşğul olması inandırıcı deyil. Bu həm də çoxlu miqdarda vəsait tələb edir. Bu baxımdan da məmur övladlarının bu işlə məşğul olması daha inandırıcı görünür. Lakin bu cəmiyyətin nə kasıb, nə də varlı üzvünə fayda verməz. Çünki narkotik ucbatından neçə-neçə ailə övladsız qalır. Bu bəla bədbəxtlikdən başqa heç nə gətirmir. Məmur övladlarının özlərinin də narkotik istifadəçilərinə çevrilməsi şübhəsizdir. Hətta onların arasında narkomanların çoxluq təşkil etdiyi artıq rəsmi səviyyədə etiraf olunub.

Hətta narkotik biznesi ilə məşğul olduğuna və istifadəçisi olduğuna görə neçə-neçə məmur övladı həbsə atılıb. Düzdür, əksəriyyətinin adı bəlli olsa da, elələri var ki, ictimaiyyətdən gizlədilir.

Qeyd edək ki, Azərbaycanın keçmiş ədliyyə naziri, hazırda Konstitusiya Məhkəməsinin hakimi olan Südabə Həsənovanın qardaşı oğlu, Əzizbəyov rayonunun keçmiş prokuroru Rəşid Həsənovun oğlu Yalçın da həbs olunaraq ailəsinin adını gündəmə gətirib.

Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamovun oğlu Mahir Mirsalamlı narkotik maddələrin dövriyyəsində təqsirkar bilinərək həbs cəzası alanlardandı. O, Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunub.

Bu şəxslər həm özlərini, həm də cəmiyyəti zəhərləməklə məşğuldurlar. Bu şəxslər artıq ölkə qanunlarına hörmət etmirlər. Valideynlərinin statusundan istifadə edərək qanunsuz işlərə əl atırlar. Bəzi yüksək vəzifəli şəxslər isə dəfələrlə narkomaniyayla məşğul olan məmur övladlarından söz açırlar. Lakin həmin şəxslərin konkret olaraq kim olduğu bildirilmir və onlarla bağlı heç bir ölçü götürülmür. Nə vaxta qədər ki, bəzi məmur balalarının çirkli işləri gizli saxlanılacaq, o vaxta qədər də bu bəlanın qurbanları çoxalacaq.

Qeyd edək ki, son məlumatlara görə Azərbaycanda il ərzində narkotik maddə istifadəsinə görə 2579 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onlardan 1 nəfəri 18 yaşadək, 578 nəfəri 30 yaşadək, 1926 nəfəri 30 yaşdan yuxarı, 24 nəfəri fəhlə, 8 nəfəri qulluqçu, 1 nəfəri nəqliyyat işçisi, 1 nəfəri ali məktəb tələbəsi idi, 77nəfəri isə qadındır. 2014-cü il ərzində 1235 nəfər narkotik istifadəçisi qeydə alınmaqla, xəstələrin ümumi sayı 28656 nəfərə çatıb. Onlardan 23042- si dispanser, 5614-ü profilaktik, 666-sı anonim qeydiyyatda olanlardır. İstifadəçilər arasında 18 yaşa qədər 6 nəfər, 554-ü qadın, 399-u dispanser, 155-i profilaktik, 152 nəfəri isə toksikomanlar olub. 2014-cü ildə 1.235 nəfər yeni qeydiyyata götürülmüş, qeydiyyatdan çıxanların ümumi sayı 955(3,3%) (454-i dispanser, 501- i profilaktik) nəfərdir. \\ gundelik-baku.com \\ 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam