Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Amerika yeni prezidentini seçir: kim irəlidədir?

klinton-tranpAmerikalılar Hillari Klintonla Donald Tramp arasında seçim etmək və 45-ci prezidentlərini Ağ Evə gətirmək üçün üçün səs verməyə davam edirlər.

Xeberinfo.com:  Günorta saatlarında başlayan seçkinin hazırkı nəticələrinə görə, demokratların namizədi Hillari Klinton respublikaçı rəqibi Donald Trampı 4 faiz fərqlə geridə qoyur.

Son nəticələrə görə, Pensilvaniya və Miçiqanda Tramp liderlik edir. Qələbə üçün o, Kolorado ştatında üstünlüyü ələ almalıdır. Bu ştatda isə Klinton daha irəlidədir.

«Washington Post»un keçirdiyi sorğuya görə, ağdərili amerikalılıların 35 faizi Klintona, 46 faizi Trampa etimad göstərir. Qaradərililərin 83 faizi Klintonu, cəmi 3 faizi Trampı istəyir. Latın amerikalılar arasında isə faiz göstəricisi 58-nin 20-yə Klintonun xeyrinə dəyişir.

Qələbəyə 110 milyon funt sterlinq…

Dünyanın ən nəhəng birjası – Londondakı «Betfair» ABŞ-ın yeni prezidentinə 110 milyon funt sterlinqdən çox pul qoyub.

Oyunçuların əksəriyyəti Klintonunu qələbəsini gözləyənlərdir – 83 faiz. Trampın qalib gələcəyinə inanıb pul qoyanlar isə 17 faizdir.

Qeyd edək ki, ötən seçkidə Barak Obamanın prezidentliyinə oyunçuların 76 faizi pul qoymuşdu.
Birləşmiş Ştatların özündə namizədin qələbəsinə pul qoymaq qadağandır.

Bu arada, seçkilərin fonunda neftin qiyməti enir. Hazırda «Brent» markalı neftin bir barreli 0.46 dollarlıq geriləmə ilə 45,69 dollardır.

Səsvermə prosesi ilk olaraq İndiana ştatında yekunlaşacaq. Onun ardınca isə Kentuki ştatında. Hər iki ştat respublikaçıların əsas qalası kimi tanınır. Səsvermə qutuları qapandıqdan az sonra ilk nəticələr ekranlara çıxacaq.
Kritik anlar isə bu gecənin yarısından etibarən başlayacaq. Seçkinin taleyini müəyyən edən ştatlardan olan Florida, Virciniya, Cənubi Karolina və Corciyada səsvermə gecəyarısı başa çatacaq. Bu ştatlardan gələn nəticələrdən seçkinin aqibətinə dair ciddi siqnallar alınacaq.

Tramp kimə səs verdi?

Tramp seçki məntəqəsindən çıxandan sonra ondan kimə səs verdiyini soruşublar.
Tramp suala gülümsəyərək cavab verib: «Bu, sadə qərar olmadı».
Klinton Nyu-Yorkun Chappaqua bölgəsində səs verib. Səsverməyə həyat yoldaşı Bill Klintonla gedib.
Obama isə səhər tezdən ənənəsinə uyğun olaraq səsverməyə yox, dostları ilə basketbol oynamağa gedib. Onun erkən səs verdiyi bildirilir.

Konqresi kim ələ keçirəcək?

konqres

Səs verən seçicilər (ABŞ-da 100 milyon seçici var) eyni zamanda Konqresin iki qanadında – Nümayəndələr Palatasında 435 yeri və 100 üzvü olan Senatda 43 yeni üzvü seçmiş olacaqlar. Hazırda Konqresin hər iki qanadında Respublikaçılar Partiyası çoxluğu əlində saxlayır.

Konqresdə respublikaçıların hakimiyyəti davam edərsə, Klinton prezident seçilsə belə, çətin vəziyyətə düşmüş olacaq.
Demokratlar Senatda çoxluğu ələ keçirmək üçün yenilənəcək 43 yerdən ən azı beşinə sahib olmalı və hazırkı 44 yeri 51-ə yüksəltməlidilər.

Tramp qalib gələrsə, tibbi sığorta qanunun ləğvi gündəmə gələcək. Obamanın həyata keçirdiyi və «Obamacare» kimi tanınan tibbi sığorta proqramını ləğv etmək respublikaçıların çoxdankı hədəfi idi.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam