Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Günün xəbəri

Tramp daha 2 ştatda qalib gəlib

 

ABŞ-da prezidentliyə namizədləri müəyyən etmək üçün Respublikaçı və Demokrat partiyaları daxilində ilkin seçki yarışı davam edir. 

 

Xeberinfo.com:  Məlumata görə, martın 8-də respublikaçıların Missisipi ştatında  keçirdiyi ilkin seçkilərdə Donald Tramp qalib gəlib. D. Tramp 47%, onun əsas rəqibi Ted Kruz isə 36 faiz səs alıb.

 
Missisipidə demokratların yarışında böyük səs faizi ilə Hillari Klinton qalib gəlib. O səslərin 83 faizini, yeganə rəqibi Berni Sanders isə 16 faizini toplayıb.
 
Miçiqan ştatında respublikaçıların mübarizəsində yenə Tramp qalib gəlib. O, 36%, T. Kruz isə 25% səs alıb. Eyni ştatda demokratların səsverməsində Berni Sanders 50% səs toplayaraq 1-ci, Hillari Klinton isə 48% səslə 2-ci olub.
 
Respublikaçılar Aydaho ştatında da ilkin seçki keçirib. Bu ştatda 44% səs yığan Ted Kurz qalib gəlib. Donlad Tramp isə 28% səs alıb.
 
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri bu il noyabrın 8-də keçiriləcək. Demokratlar və Respublikaçılar öz namzədlərini iyul ayında rəsmən elan edəcəklər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam