Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Hərraclarda obyektlərin çoxuna alıcı tapılmır

110200173624

Bakıda və bölgələrdə oktyabrın 25-də keçirilmiş hərraclarda 36 daşınmaz obyektin 12-si özəlləşdirilib.

Xeberinfo.com:   Məlumatı Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) verib.
Qalan 24 müəssisə və obyektə alıcı tapılmayıb. Bunlar əsasən ticarət, məişət və iaşə obyektləri, eləcə də qeyri-yaşayış sahələridir.

Sentyabr ayından obyektlər bazar qiyməti ilə qiymətləndirilir. Ekspertlərin özəlləşdirmə prosesinin şaffaflaşdığı və açıq rəqabətə şəraitin yaradıldığı bir dövrdə hərraca çıxarılan obyektlərin hamısının satılmaması haqda fərqli fikirləri var.

İqtisadçı-ekspert Rəşad Əliyev Turan-a bununla əlaqədar deyib ki, hərraca çıxarılan obyektlərin investisiya cəlbediciliyi yoxdur. “Bu tipli obyektlər əmlak bazarında da kifayət qədər təklif olunur. Bazarda isə belə obyekt çətin satılır. Bu azmış kimi, dövlət də “bazara girir”. Digər tərəfdən isə nəzərə alın ki, bunlar “qalıq mallardı “. Yəni elə əvvəldən də yönlü-başlı obyektlər olmayıb, yoxsa çoxdan özəlləşdirilərdi”. Ekspert belə hesab edir.

Ekspert Məhəmməd Talıblı obyektlərin satılmamasını qiymətin yüksək olması ilə bağlamır və onların investisiya cəlbediciliyinin aşağı olması ilə əlaqələndirir. O, həm də ölkənin ümumi investisiya iqliminə də diqqəti çəkir.
“İnvestisiya iqlimini şərtləndirən əsas 4 amilin (siyasi, iqtisadi, hüquqi və sosial) bir çoxu üzrə Azərbaycanda problemlər müşahidə olunur. Bu, xüsusilə səhmdar kapitalının iştirak etdiyi şirkətlərə aiddir”
Məhəmməd Talıblı hesab edir ki, hazırda investorlar vəsaitlərini “bazarın sərt dalğalanmasından qorumaq” xətti tutublar. Nəticədə, bu, bəzən əlverişli biznes layihələrində onların iştirakını çətinləşdirir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam