Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Günün xəbəri

"Qaçqınkom" oğlunun lüks həyatı - Fotolarda

"Qaçqınkom" oğlunun lüks həyatı

Krallar kimi yaşayan "Qaçqınkom” məmurunun oğlu və çəkilən məzlum ahları 

Necə olur ki, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin bir rayon şöbəsinin müdiri bu qədər varlana bilir?


Xeberinfo.com:   Bura Azərbaycandır. Bir tərəfdə zirzəmidə yaşayan yüzlərlə, bəlkə də minlərlə qaçqın ailəsi, bir tərəfdə isə qaçqınların pulu ilə harınlamış və dünyaya meydan oxuyan balaca bir məmurun oğlu. Bakıda zirzəmidə yaşayan qaçqının oğlu uzun illər boyu bir qurtum kola xəyalı ilə siçovullarla oynayıb vətəni qorumaq üçün cəbhə bölgəsində yağışdan islanıb, günəşdən çatlarkən, qaçqınlardan mənimsənilən vəsaitlərlə böyüyən məmur oğlu isə Bakıda kef içində əsgərliyini keçirir və üstəlik bahalı avtomobillərini sosial şəbəkələrdə paylaşaraq tanıyanlara göz dağı verir.

Söhbət Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Ağdam rayon şöbəsinin müdiri Qabil İbadovun oğlundan gedir. Açığı oğul İbadovun sosial şəbəkələrdə paylaşdığı şəkillərə baxdıqda adam zənn edir ki, bu gənc məcburi köçkünlərin problemləri ilə məşğul olan qaçqın məmurun oğlu yox, Hacıqabulda ov ovlayıb, quş quşlamağa gələn Dubay əmirinin oğludur. Və bu zaman adam doğurdan əli üzündə mat qalır. Mat qalır ki, ayda təqribən 500-600 manat maaş alan bir məmur heç bir yerdə işləməyən oğluna 60-70 min dəyərində avtomobilləri necə alıb? Və işsi-gücsüz, Ağdam Dövlət İqtisadi Kollesində təhsil almış bir gənc Ağdamda, Bakıda, Qəbələdə, Oğuzda, Qaxda, Gürcüstanda kef məclislərini necə qurur? Hansı pulla dostlarını başına yığıb hər gün hesab ödəyir?
"Qaçqınkom" oğlunun lüks həyatı
Bu sualların cavabını təbii ki, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Ağdam rayon şöbəsinin müdiri Qabil İbadov bilir. Və böyük ehtimalla Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da bilir. Çünki bir müddət əvvəl məhz Əli Həsənovun nəvələrinin lüks həyatı da mətbuatın müzakirə obyektinə çevrilmişdi. Amma Dövlət Komitəsinin sədri nəvələrinin milyarder həyat şəraitini susmaqla izah etmişdi.

Yəqin ki, Qabil İbadov da Dövlət Komitəsinin sədri kimi oğlunun və özünün krallar kimi yaşamasını susmaqla izah edəcək. Çünki bura Azərbaycandır və susmaq belə hər şeyi izah edir. Amma birdə yuxarıda qeyd etdimiz kimi, Bakıda zirzəmilərdə siçan-siçovulların içində 20 ildir yaşayan yüzlərlə qaçqın ailəsi də var və Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi hər dəfə bildirir ki, həmin ailələri dözülməz şəraitdən xilas etmək üçün işlər görülür…

Bəs necə olur ki, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin bir rayon şöbəsinin müdiri bu qədər varlana bilir? MilliYol.Az apardığı araşdırmada məhz bu suala cavab tapmağa çalışıb.

"Qaçqınkom” məmuru qaçqınlardan necə qazanır?

MilliYol.Az-ın Ağdam qaçqınları arasında apardığı araşdırma nəticəsində məlum olub ki, Qabil İbadovun "qaçqın biznesinin” şaxələri genişdir və bu biznes sahəsində cənab İbadov hər il milyonlar qazanır. Misal üçün "Qaçqınkom”un Ağdam rayon şöbəsinin müdiri qaçqın olmayan ağdamlıların uşaqlarına qaçqın vəsiqəsinin birini 3000 manata satır. Bazarda tələabat isə böyükdür. Çünki qaçqın olmayan ağdamlıların "qaçqın” uşaqları bu yolla çoxlu imtiyazlardan istifadə edə bilirlər. O cümlədən ödənişli təhsil müəssisələrində pulsuz təhsil ala bilirlər. Ağdamlılar bildirirlər ki, təkcə "vəsiqə alveridən” Qabil İbadov hər il 100 min manata qədər gəlir əldə edir. Çünki qaçqın vəsiqəsi almaq istəyənlər çox olur. Bundan başqa "yeni qaçqınlara” ayrılan dövlət müavinatları da Qabil İbadova çatır. Yəni plastik kartlar "Qaçqınkom”un Ağdam rayon şöbəsinin müdirində qalır və bu da əvvəlcədən razılaşdırılr.

Həmçinin Qabil müəllim Bakıya köçən həqiqi qaçqınlara miqrasiya sənədini 500 manata verir. Qaçqınlara verilən hər hansı bir qanuni sənədin qiyməti isə 20 manatdır. Ağdamlı qaçqınların dediyinə görə, Qabil İbadovun gündəlik gəliri hardasa 3-4 min manat arasında dəyişir. Və bu gəlirlərə hələ bir çox maxinasiyalar da aiddir. Misal üçün müavinətlərin verilməsi üçün sənədələrdən, qaçqınlar üçün tikilən mənzillərin satışından şöbə müdiri ciddi gəlirlər əldə edir. Yəni "Qaçqınkom”un Ağdam rayon şöbəsinin müdirinin əsas işi qaçqınlara qanuni yolla düşən imtiyaz və haqqları satmaqdır. Ki bu adamda açıq şəkildə, hər kəsin gözü qarşısında qaçqınların imtiyaz və haqqlarını onlara satır.
"Qaçqınkom" oğlunun lüks həyatı
Oğul İbadov krallar kimi yaşamağı "haqq” edir, çünki…

Ağdamlı qaçqınlar milliYol.az-a bildiriblər ki, Qabil İbadovun Ağdamda pul yığanı bacısı oğlu Vəzir adlı şəxsdir. Vəzir sadəcə qaçqınlarla dayısının arasında "makler” rolunu oynayır və hər bir sənədin pulu Vəzirə çatmadan heç kim hər hansı bir sənəd ala bilmir. Bu "Qaçqınkom”un Ağdam rayon şöbəsində "qızıl qanundur” və bunu bütün ağdamlılar bilir. Və təbii ki, hər gün havadan minimum 2-3 min manat qazanan atanın oğlu bahalı maşınlarda gəzməyi, həmçinin hər gün kef məclisləri qurmağı "haqq” edir. Zakir İbadov atasının və məzlum qaçqınların hesabına krallar kimi yaşamağı da "haqq” edir…

Çünki yuxarıda da dediymiz kimi, bura Azərbaycandır. Yəni burda yüzlərlə ailənin üzvü zirzəmidə, siçan və siçovulların içində, dəhşətli antisanitariya vəziyyətində yaşamasına baxmayaraq, həmin məzlum ailələrin ahı üzərindən bir məmurun hər gün külli miqarda qazanc əldə etməsi adi hal kimi, hətta həmin məmurun "ata haqqı kimi” qəbul olunur...

Və bu şəkillər Bakının göbəyində, Tofiq Bəhrəmov adına Respublika stadionunun arxasında və məşhur "Gilavar" restoranı ilə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin binası arasında, Koroğlu Rəhimov 2 ünvanında yerləşən keçmiş xəstəxananın zirzəmisində yaşayan qaçqın və köçkünlərin yaşam səviyyəsini göstərir. Ətraflı məlumatı aşağıdakı linkdən oxuyun: "Bakının göbəyində mağara insanları - Onları bura Əli Həsənov gömüb".

"Qaçqınkom" oğlunun lüks həyatı
"Qaçqınkom" oğlunun lüks həyatı

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Növbəti yazımızda oxuyacaqsınız:

Ata və oğul İbadovların rəngərang həyatının Bakı cizgiləri;

Ata və oğulun "Topaz” sevgisi. İbadovlar futbol qumarında nə qədər uduzublar;

Oğul İbadovun kef məclisləri - haralarda və kimlərlə;

Qabil İbadovun Bakıdakı "Sərin” restoranıdakı kef məclislərinin xülasəsi;

Qabil İbadova hamilik edən sirrli ağdamlı kimdir;

Oğul İbadovun sosial şəbəkədə paylaşdığı şəkilləri oxucularımızın diqqənə cəlb edirik:

"Qaçqınkom" oğlunun lüks həyatı
"Qaçqınkom" oğlunun lüks həyatı
"Qaçqınkom" oğlunun lüks həyatı
"Qaçqınkom" oğlunun lüks həyatı
"Qaçqınkom" oğlunun lüks həyatı

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam