Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Qaçqınkom” təkzib etdi:- “Mətbuatda yayılan xəbərlər yalandır”

 

“Məcburi köçkünlərin Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsi qarşısında etiraz aksiyası keçirmələrinə dair mətbuatda yayılan xəbərlər həqiqəti əks etdirmir, tamamilə yalandır”.

Yenixeber.org: Bunu AzVision.az-a açıqlamasında Komitənin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov bildirib. O, qeyd edib ki, məcburi köçkünlər bu gün heç bir etiraz aksiyası keçirməyiblər: 

“Bu gün məcburi köçkünlərin Komitədə qəbul günüdür. Yəni, növbəti qəbul günlərindən biri idi. Komitəyə gələn məcburi köçkünlər hər zaman olduğu kimi bununla əlaqədar orada olublar. Ancaq, mətbuatda belə xəbərlər yayılıb ki, guya məcburi köçkünlər Komitə qarşısında etiraz aksiyası keçiriblər. Bu məlumatlar həqiqəti əks etdirmir, tamamilə yalandır”.

“Bu gün Komitəyə qəbula gələn məcburi köçkünlər Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov tərəfindən qəbul olunub. Qəbulda olanlara büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 181 nömrəli qərarı ilə orta aylıq (dondurulmuş) əməkhaqqı ilə təmin edilən məcburi köçkünlərə edilən ödənişlərin icra müddətinin uzadılmaması ilə bağlı lazımı izahatlar verilib”,- deyə E.Qədimov bildirib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam