Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

“Qaçqınkom” yanan mənzili niyə təmir etmir?

“Qaçqınkom” yanan mənzili niyə təmir etmir?

 

“Yanğında evimiz tamam kül olub. Bir aydır küçələrdə qalmışıq, biri maraqlanmır”. 

Yenixeber.org: Bu sözləri məcburi köçkün Səbinə Vəliyeva “Qafqazinfo”ya şikayətində deyib. O bildirib ki, yerləşdikləri yataqxanada iyul ayının 4-də yanğın hadisəsi baş verib. Qonşuda çıxan yanğın onların mənzilini də tamam kül edib. Hazırda qalacaqları bir yer olmadığı üçün Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə dəfələrlə müraciət etsələr də, hər hansı bir cavab ala bilməyiblər:

“Yanğında evimiz kül olub. 6 nəfərlik ailə çöllərdə qalıb. Bir aydır, kimsə gəlib maraqlanmır. 3 mənzil yanıb, müraciət edirik, ancaq heç kim demir, nə vaxt təmir olunacaq. Evdə yaşayan bibim iflic olub, üstəlik nəvəsinin birində də inkişaf geriliyi var.  Onlarla küçələrdə gəzək?”

S. Vəliyevanın sözlərinə görə, FHN-in verdiyi rəydə yanğına səbəb kimi qısaqapanma göstərilib:

“Bizə dedilər, rəyi “QaçqınKom”a verək. Oradan da bir cavab yoxdur. Bircə yanğın baş verən günü 300 manat verdilər, vəssalam. Çarəsiz vəziyyətdə qalmışıq”.

“Qafqazinfo” məsələ ilə bağlı Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimovla əlaqə saxlayıb. E. Qədimov açıqlamasında bildirib ki, mənzillər yaxın zamanda təmir olunacaq:

“Yanğından sonra komitənin məsul şəxsləri ərazidə olub. Ziyan çəkən iki məcburi köçkün ailəsi ilə görüşülüb və onların fikirləri alınıb. Sakinlərin müvəqqəti kirayə mənzillərdə yerləşdirilməsi üçün İcra Hakimiyyəti tərəfindən maddi yardım edilib. Hazırda təmirlə bağlı “QaçqınKom” tərəfindən aidiyyatı orqanlara məktub yazılaraq müraciət olunub. Yaxın zamanda da təmir işlərinə başlanılacaq”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam