Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Əli Həsənovla bağlı Prezidentə və Birinci vitse-prezidentə müraciət edildi

Əli Həsənovla bağlı Prezidentə və Birinci vitse-prezidentə müraciət edildi

 

Yenixeber.org: Bir qrup Ağdam rayon sakini Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edib.Bu müraciətin surəti redaksiyamızın elektron poçtuna daxil olub: Müraciəti olduğu kimi dərc edirik: 

Ağdam rayonundakı mənbələrdən redaksiyamıza daxil olan məlumatda deyilir ki, müraciət müəllifləri Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin Bakının Heydər Əliyev prospektində “Mercedes Gelandewagen” markalı avtomobili ilə törətdiyi dəhşətli qəzanı hökumətin rəhbərlərindən birinin ailə üzvünün Prezident İlham Əliyevin hələ dörd il bundan öncə məmurlara etdiyi xəbərdarlığa qarşı sayğısızlığın nəticəsi hesab edirlər. Müraciət müəllifləri xatırladırlar ki, dövlət başçısı dörd il öncə, Bakı Biznes Mərkəzində “2009-2013-cü illərdə sosial-iqtisadi inkişafa dair Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda “Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər. İnsunları təhqir edirlər. Özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq” xəbərdarlığını etmişdi.

 

Müraciət müəllifləri hesab edir ki, əgər prezidentin dörd il əvvəl etdiyi xəbərdarlığa qarşı Əli Həsənovun nəvəsi tərəfindən sayğısızlıq edilməsəydi iki nəfərin ölümü və bir neçə nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verməzdi. Buna görə də prezidentin xəbərdarlığının əksinə gedib, belə ağır faciəyə səbəb olan şəxsin ailə böyüyü hesab edilən Əli Həsənovun Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri vəzifəsini tutması mümükün deyil və istefaya göndərilməlidir.

 

Müraciət müəllifləri eyni zamanda Əli Həsənovun 1998-ci ilin sentyabrından bu günə kimi rəhbərlik etdiyi Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin fəaliyyətinin araşdırılmasını da təklif edir, bütün məcburi köçkünləri Əli Həsənovun istefası tələbinə qoşulmağa çağırırlar.

 

Müraciəti Ağdam rayon sakinləri Yavər Misir oğlu Nəsirov, Möhübbət Süleyman oğlu Süleymanov və Misir Şura oğlu Quliyev imzalayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam