Redaktor seçimi
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Günün xəbəri

Fəhlələrin icra başçısından maaş tələbi

fehleİmişlidə bir qrup fəhlə icra hakimiyyətindən iki aylıq maaş tələbinə qalxıb

Xeberinfo.com:  “Icra hakimiyyəti ilə müqavilə bağlayıb 6 ay işləmişik. Indi də deyirlər, ”iş bitdi”. Bizəsə yalnız 4 ayın maaşı ödənilib”.

Sentyabrın 2-də Imişlidə bir qrup fəhlə maaş tələbi ilə rayon icra hakimiyyətinin qarşısına toplaşıb. Fəhlələr “Azadlıq” radiosunun “Qaynar xətt”inə bildiriblər ki, qurum onları müxtəlif tikintilərdə işlədib, sonra da maaşlarını vermədən onlarla “sağollaşıb”.

100-120 fəhlənin 2 aylıq maaşı

Suvaqçı Vasif Babayev:

“Yağış başımıza tökə-tökə binanın qarşısında toplaşıb maaşımızı tələb edirik. Işçilər pəncərələrdən tamaşaya dayanıblar. Yalvarırıq ki, başçı qəbul eləmirsə, heç olmasa, müavinləri qəbul eləsin. Mühafizəçilər hədələyirlər ki, ”bir də buralara hərlənsəniz, polis çağırıb hamınızı şöbəyə apartdıracağıq. Bizim mart və avqust aylarının maaşlarını basıb yeyiblər. Indi qarşımıza çıxan yoxdur”.

Ilqar adlı fəhlə deyir, o da həmin 100-120 fəhlədən biridir. Orta xidmət haqqı 200-250 manat civarında olub:

“Görün, 100-120 fəhlənin iki aylıq maaşı ciblərində qalanda nə qədər pul edir… Işə martdan başlamışıq. Elə ilk ayın maaşında problem yarandı. Icra hakimiyyəti növbəti aylardan maaşları ödəyəndə arxayın olduq ki, yəqin müqavilə bitənə yaxın martın da maaşını ödəyərlər. Bunlar nəinki birinci, heç sonuncu ayın maaşını ödəmədilər. Maaşlarımızı ödəmədən dedilər ki, ”gedin, sizinlə müqavilə bitib”.

“Gözümü qəpik-quruşa dikmişəm”

Ancaq deyəsən, fəhlələrin iki aylıq maaşlarını bağışlayıb getmək fikirləri yoxdur. Əli adlı fəhlə üç övladına hələ məktəb bazarlığı etməyib. Üstəlik, qarşıdan Qurban bayramı gəlir:

“Gözümü icra hakimiyyətindən alacağım iki aylıq qəpik-quruşa dikmişəm. Uşaqların məktəbə getməsinə iki həftədən də az qalıb. Icra hakimiyyəti mənə borcunu ödəməsə, uşaqlar məktəbə gedə bilməyəcək. Mən də Qurban bayramında uşaqlarıma 1 kilo düyü qaynatmaq, süfrə açmaq istəyirəm”.

Imişli rayon icra hakimiyyətindən  “Qaynar xətt”ə bildirilib ki, məsələ ilə bağlı rəhbərliyin münasibətini öyrənib gün ərzində özləri “Azadlıq” radiosu ilə əlaqə saxlayacaqlar. Qurumdan səs çıxmadığını görən “Qaynar xətt”ə əməkdaşının növbəti zəngləri isə cavabsız qalıb.

Hüquqşünas  Vaqif Alıyevin  sözlərinə görə, əgər fəhlələrlə qurum arasında müqavilə bağlanıbsa, onların məhkəməyə müraciət etmək imkanları var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam