Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Turizm şirkətlərində ixtisarlar

turizmDövlət Statistika Komitəsinin (DSK-nın) açıqladığı hesabata görə, ötən il Azərbaycanda səyahət və turizm xidmətləri göstərən şirkətlərin sayı 218-dən 243-ə yüksəlib.

Xeberinfo.com:   Onların ilboyu gəlirləri 17, 2 faiz (36,5 milyon manat) artıb. DSK gəlirin artım səbəbini bildirməsə də, xaricə turist səfərləri dollarla ödənildiyindən və manatın məzənnəsi ucuzlaşdığından, səfərə gedənlərin manatla daha çox xərcə düşməsi, heç şübhəsiz, başlıca səbəbdir. Bunu təsdiqləyən faktlar göz önündədir: Satılan yollayışların sayı 2014-cü ildəki 66,2 mindən 44,6 minə (azalma 32 faiz), gələn və göndərilən turistlərin sayı 92,3 mindən 62 min nəfərə enib. İqtisadi böhran ucbatından, turistlər səfərə çıxarkən, qənaət məqsədilə turoperator xidmətlərindən daha az yararlanırlar.

Xidmətlər populyarlaşmayıb?

Daxili turizmi irəlilətmək məqsədilə yerli marşrutlar təbliğ olunsa da, turoperatorların ölkə içində təklif etdikləri xidmətlər nəinki populyar deyil, tam tərsinə, ilbəil geriləyir. 2013-cü ildə satılan yollayışların sayı 7 mindən çox idisə, ötən il bu göstərici 4 min 700 olub.
Turizm şirkəti xidmətlərindən istifadə 2012-ci ildən bəri azalmaqdadır. Həmin il sözügedən şirkətlər Azərbaycana gələn və xaricə yollanan 101 min nəfərə xidmət göstərmişdi. Bununla belə, turistlərin azalması şirkətlərin gəlirinə təsir göstərməyib. İlboyu turizmdən 5,4 milyon – 2014-cü ildəkindən 1,4 milyon manat çox mənfəət götürülüb.

Özünü turizm sektorunda sınayan sahibkarların da sayı durmadan artır. 2010-cu ildə turizm şirkətlərinin sayı indikindən iki dəfə az idi.

Turizm şirkətlərində 1600-dək işçi çalışır

Turizm ötən ilin sonundan bəri – iqtisadi islahatlar dalğasında xüsusi razılıq (lisenziya) tələb olunan sahibkarlıq fəaliyyəti növləri sırasından çıxarılıb. İndi yerli və xarici otellərlə münasibət quran, sərnişindaşıma şirkətlərinin biletlərini satan, eləcə də sığorta şirkətləri ilə müqavilə bağlayan hər hansı şəxs bu işlə məşğul ola bilər.

İlboyu ixtisarların «qurbanı»na çevrilən 208 nəfər yerli özəl şirkətlərdə çalışıb. Xarici iş adamları ilə birgə yaradılan 8 şirkətdə çalışanların sayı isə 2015-ci ildə 77-dən 100-ə yüksəlib. Bu ilin yanvar ayında turizm şirkətlərində 1600-dək işçi çalışıb. Bu, təxminən 2011-ci ilin göstəricisinə yaxındır. (azadliq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam