Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Cahangir Hacıyev geri çəkilmək istəmir

cahangir-haciyevGürcüstan mediasından da bankirə dəstək gəldi

Xeberinfo.com:   Gürcüstanda nəşr edilən ingilisdilli “Georgia Today” qəzetində kommunikasiyalar üzrə avropalı müstəqil ekspert Eugen Iladinin imzası ilə Azərbaycan Beynəlxalq Bankının (ABB) sabiq rəhbəri, hazırda həbsdə olan Cahangir Hacıyevin müdafiəsinə həsr olunmuş məqalə dərc olunub. Virtualaz.org-un məlumatına görə, məqalədə deyilir ki, “Azərbaycnın ən aparıcı bankirlərindən biri” olan Cahangir Hacıyev qeyri-müəyyən müddətə həbsxanaya salınıb və bu, “hakim ailənin uzun müddətdən bəri banka nəzarəti ələ keçirmək cəhdlərinin davamı” kimi görünür.

Bildirilir ki, 54 yaşlı Cahangir Hacıyev Azərbaycanın hüdudlarından kənarda tanınmış şəxs deyil, ancaq o, ölkənin özündə “kifayət qədər nüfuzlu və güclü menecer kimi” məlumdur. “Daha doğrusu 2015-ci ilin martında qəfildən Beynəlxalq Bankın idarə heyətinin sədri vəzifəsini tərk edənə qədər belə idi. O, ötən ilin dekabrında həbs olunub və ağır ittihamlarla üzləşib, o cümlədən mənimsəmə, xidməti səlahiyyətlərindən sui-istifadə və digər cinayətlərdə ittiham olunub” – məqalədə deyilir.

Məqalədə xatırladılır ki, Beynəlxalq Bankın işi ilə bağlı həbs olunanlardan çoxu azadlığa buraxılsa da o, hələ həbsdədir. Və təəcüblü də olsa hökumət tərəfindən bankın özünə qarşı heç bir təhqiqat aparılımır. Məqalədə C.Hacıyevin “xəstə olduğu və xəstəxanaya yerləşdirilməsinin vacibliyi” də vurğulanır.

Məqalədə C.Hacıyevə qarşı irəli sürülən itthamların “siyasi motivli” olduğu deyilir, bildirilir ki, keçmiş sovet respublikalarında hakim elitanın gözündən düşən sahibkarlar və siyasi rəqiblər əsasən müxttəlif iqtisadi cinayətlərdə ittiham olunaraq həbs edilir.

Müəllif yazır ki, Hacıyev 14 ildir Beynəlxalq Banka rəhbərlik edirdi və Mərkəzi Bankın rəhbəri postuna əsas namizəd idi. “Onun ulduzu parlamaqda idi. Həbsinə bir il qalmış Beynəlxalq Bank ”Bahar Energy”ni və inşaat konqlomeratı “Azinşaat”ı almışdı. Bundan başqa bank xaricə, xüsusən də Rusiyaya və Birləşmiş Ərəb Əmirliklərinə xeyli investisiyalar yatırmışdı. Bu layihələrindən  bir çoxu yaxşı gedirdi və Beynəlxalq Bankın kredit portfeli böyüməyə başladı. Daha sonra manatın devalvasiyası bankın kredit portfelinin daha 20 faiz artmasına səbəb oldu. Bankda pullarını saxlayan xarici investorlar yaxınlaşan iqtisadi böhranı hiss edib öz vəsaitlərini geri çəkdilər, bu da bankın vəziyyətini daha da mürəkkəbləşdirdi” – məqalədə deyilir.

Məqalədə Beynəlxalq Bankdan kredit götürən iş adamlarının həbsindən də danışılır, bildirilir ki, “hakimiyyətdəki yüksək rütbəli məmurlar” bankın üzləşdiyi böhrana görə məsuliyyəti C.Hacıyevə yüklədilər və onun həbsinə nail oldular. “Müxtəlif KIV-lər bildirir ki, Azərbaycanın bank sektorunda qisasdan və həbsxanada C.Hacıyevə qoşulmaqdan ehtiyat edərək Beynəlxalq Bankla bağlı situasiyanı müzakirə etmək istəmirlər. Onlardan bəziləri hesab edir ki,  maliyyə naziri Samir Şərifov sakitcə ”Azərtürkbank”ın ölkənin əsas maliyyə təsisatına çevrilməsinin və Beynəlxalq Bankın maliyyə sektorundakı yerini tutmasının yolunu açır” – məqalədə deyilir.

Bildirilir ki, C.Hacıyevin işinin “siyasi motivli olmasına” onun həbsindən iki ay əvvəl qudası, milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən azad edilməsi də dəlalət edir. Məqalədə C.Hacıyevin vəkili Aqil Layıcova istinadən onun səhhətinin “ağır olduğu” da göstərilir. “Əksər funksional bazar iqtisadiyyatı ölkələrində idarəçilərin yol verdikləri səhvlər maliyyə itkilərinə səbəb olursa həmin rəhbərlər əsasən öz iş yerlərini itirirlər, ancaq siyasi motivli qurama ittihamlarla həbs olunmurlar. Əgər nə vaxtsa hüquqi araşdırmalara ehtiyac yaranırsa bunu şəffaf və hər hansı müddətsiz həbs olmadan həyata keçirmək lazımdır. Azərbaycanda isə Cahangir Hacıyevlə bağlı belə deyil” – məqalədə deyilir.

Azadliq.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam