Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Hafka” milyonlarını da itirdi, klubunu da...

“Hafka” milyonlarını da itirdi, klubunu da...

Fransa məhkəməsi “Lansı” rəsmən Hafiz Məmmədovdan aldı; klubun yeni sahibləri arasında erməni əsilli livanlı da var 

 

Xeberinfo.com:   Paris kommersiya məhkəməsinin mayın 23-də verdiyi qərara əsasən, əvvəllər azərbaycanlı iş adamı Hafiz Məmmədova (“Hafka”)  məxsus olan Fransanın “Lans” futbol klubu yeni sahibini tapıb. 
 
Mayın əvvəlində  Paris məhkəməsi “Lans” futbol klubunun səhmlərinə nəzarət edən H. Məmmədova məxsus «RLS Holding» şirkətini müflis elan edib. Bununla da “Hafka” iki il əvvəl aldığı “Lans” klubu üzərində mülkiyyət hüququnu itirib. Məhkəmənin belə qərar verməsinə səbəb “Hafka”nın müflis olması nəticəsində onun klub qarşısında öhdəliklərini yerinə yetirə bilməməsidir. 
 
Hafiz Məmmədov “Lans” klubunun büdcəsinə 5.6 milyon avro vəsaiti ödəyə bilməyib. O, “Lans”ın səhmlərinin üçdə ikisini 20 milyon avroya almışdı, daha sonra biznesmen kluba 6 milyon avro da yatırım qoymuşdu. Lakin klubu alandan az sonra “Hafka”nın “Baghlan Group” şirkəti müflis olub və oliqarxın biznesi çöküb. Nəticədə o, Fransa klubuna sponsorluq etmək imkanlarını itirib. 
 
Fransa mətbuatı bir neçə gün əvvəl yazmışdı ki,  “Lans”ın yeni sahibi Kot-d İvuardan olan biznesmen, CKG şirkətlər qrupunun sahibi Çarlz Kader Qura olacaq. O, “Lans”ın inkişafına 30 milyon avro yatırmağa və 5.6 milyon avroluq borcunu ödəməyə hazır olduğunu bildirmişdi. Amma məlum olub ki,  komandanın yeni sahibləri arxasında Madridin “Atletiko” klubunun nümayəndələri İqnasio Aquillo (Madrid klubunun İdarə Heyətinin üzvü) və Migel Anhel Hil (“Atletiko”nun baş direktoru) Lüksemburqun “Solferino” şirkəti, həmçinin təsisçiləri erməni əsilli livanlı Jozeüf-Mari Oqurlyan və fransalı Jil Fretinye olan Britaniyanın “AmberCapital” investisiya şirkəti olublar. “Hafiz Məmmədov mənim əziz dostumdur», - bunu məhkəmədən sonra mətbuat konfransında İqnasio Aquillo deyib. «O, ”Lans"ın uğurları üçün çox şey edib, xeyli pul yatırıb. Lakin indi onun çətinlikləri var, klub isə gözləyə bilməz. Dostluğumuza görə mən Hafiz Məmmədovu qane edəcək həll yolu axtardım. Biz əlimizdən gələni etdik ki, Məmmədovun “Lans”ın həyatındakı rolunu qoruyub saxlayaq. Ümid edirəm ki, o tezliklə öz problemlərini həll edəcək".
Məhkəmənin bu qərarına etiraz edəcəyini bildirən Hafiz Məmmədov artıq Fransaya vəkillərini göndərdiyini bildirib. (virtualaz.org). “Mən hələ ”RCL Holdinq"in müflis elan edilməsi ilə bağlı sənədləri almamışam. Məhkəmənin 4 may tarixli qərarı da mənə göndərilməyib" deyə, iş adamı bildirib.   “Təəssüf ki, bizim üçrəngli bayrağımız artıq ”Lans"ın üzərində dalğalanmır. İki il boyu mən bütün qapıları döydüm, kömək istədim, ancaq bütün kabinetlərdə mənə rədd cavabı verdilər. Axı bu təkcə Hafiz Məmmədovun yox, bütün ölkənin şərəfi idi! Təəssüf ki, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun və onun qudası Cahangir Hacıyevin çirkin, alçaq oyunları sayəsində mənim biznesimə sarsıdıcı zərbə vuruldu. Bu işdə bəzi başqa  məmurlar və biznesmenlər də iştirak etdi" - H.Məmmədov məhkəmənin ilk qərarından sonra deyib.
“Hafka” iddia edib ki,  ona borclu olan bəzi adamlar və şirkətlər də vədlərinə xilaf çıxıblar, borclarını ödəməyiblər: “Mənim bütün şirkətlərim defolta yuvarlandı, banklarla problem başladı. Bu situasiyada klubu əldə saxlamaq üçün mənə kömək etməli idilər. Mən klubu Azərbaycanın istənilən oliqarxına güzəştə getməyə hazır idim, ancaq heç kim razılaşmadı. Beləliklə, biz ”Lans"ı itirdik". 
Xatırladaq ki, Hafiz Məmmədov Beynəlxalq Bankdan 100 milyonlarla manat krediti 2008-ci ildə yaratdığı “Baghlan Group” holdinqin adına götürüb. Ancaq bir müddət sonra - konkret olaraq 2013-cü ilin ortalarında, həmin dövrə qədər ən gəlirli şirkətlərdən biri hesab olunan “Baghlan Group” holdinqin maliyyə vəziyyətinin ağırlaşdığına dair məlumatlar yayılmağa başladı. Hətta 2013-cü ilin sonlarına yaxın şirkətin banklara olan külli miqdarda borcunu ödəyə bilmədiyini əsas göstərən reytinq agentliyi “Baghlan Group” holdinqin kredit reytinqini aşağı saldı. Sonradan isə ümumiyyətlə, şirkətə verdiyi reytinqi geri çağırdı və onun iflas ərəfəsində olduğunu bəyan etdi.“Hafka” aldığı krediti qaytarmadığına görə Beynəlxalq Bank tərəfindən hətta məhkəməyə də verilmişdi. “Beynəlxalq Bank işi” ilə bağlı istintaqda onun adı hallansa da, “Hafka”nın nə bankla məhkəməsi, nə istintaqla bağlı sorğu-suala çəkilib çəkilməməsi barədə də indiyədək dəqiq  bilgi yoxdur.  Hər halda, digərlərin ittiham edən “Hafka” düşdüyü duruma görə arada özünü də qınasa yaxşı olar. 
“Yeni Müsavat”

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam