Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Hafiz Məmmədova daha bir zərbə

 

Fransanın "Lans" klubu Liqa 1-dən uzaqlaşdırılır. “Qafqazinfo” xəbər verir ki, elita təmsilçisi Liqa 2-yə göndərilir. 

 

"Xeberinfo.com":  Məlumata görə, bununla bağlı Parisin Bezons rayon inzibati məhkəməsi müvafiq qərar çıxarıb. Məhkəmə digər Fransa klubu – “Soşo”nun iddiası əsasında, “Lans”ın maliyyə kriteriyalarına cavab vermədiyini əsas gətirərək bu qərarı qəbul edib.

Qərarda qeyd olunub ki, “Lans”n büdcəsi Fransa Liqa 1-in tələblərinə cavab verməyib. Buna baxmayaraq, komanda bu mövsüm yüksək liqaya buraxılıb. Qərara əsasən, komanda cari mövsüm elitada neçənci yeri tutmasından asılı olmayaraq, növbəti mövsümdən Liqa 2-də oynamalıdır.

“Lans” ötən mövsüm Fransa ikinci liqasınsa ikinci yeri tutaraq birinci liqaya vəsiqə qazanıb. “Lans”dan şikayətçi olan “Soşo” isə ötən mövsüm birinci liqada 18-ci yeri tutaraq ikinci liqaya düşüb. Əgər Fransa Futbol Federasiyasının İcraiyyə Komitəsinin qərarı ilə “Lans” bu mövsüm brinci liqaya buraxılmasaydı, onu “Soşo” əvəz edəcəkdi.

Qeyd edək ki, hələlik, Fransa Futbol Federasiyası “Lans”ı ikinci dəstəyə göndərməklə bağlı rəsmi qərar verməyib. Qarşıdakı iki ayda istər federasiya, istərsə də klubun apellyasiya şikayəti vermək hüququ var.

Əlavə edək ki, 22 turdan sonra “Lans” turnir cədvəlində 20 komanda arasında 19-cu yeri tutur.

Komandanın zəif çıxışına “Lans”ın sahibi Hafiz Məmmədovun ciddi maliyyə problemləri ilə üzləşməsi əsas səbəb kimi göstərilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam