Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

"Xocalı dərsi" sənədli filminin təqdimatı olub -FOTO

"Xocalı dərsi" sənədli filminin təqdimatı olub -

 

Bu gün Bakıda "ARB Aran" və "Qulp Studio" tərəfindən çəkilən "Xocalı dərsi" sənədli filminin təqlimatı olub

Yenixeber.org:  Azərbaycan Prezidenti yanında Bilik Fondunun maliyyə dəstəyi ilə ərsəyə gələn filmin təqdimat mərasimində Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Milli Məclisin deputatları, KİV rəhbərləri, Xocalı sakinləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Bilik Fondunun icraçı direktoru Oktay Səmədov bildirib ki, 45 dəqiqəlik "Xocalı dərsi" filmində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə və sonrakı günlər erməni qəsbkarlarının dinc azərbaycanlılara qarşı Xocalı şəhərində həyata keçirdiyi soyqırımın dünya mətbuatında necə işıqlandırıldığını göstərir, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən "Xocalıya ədalət!" kampaniyası çərçivəsində aparılan təbliğat işləri və nəticədə xarici ölkələrin bu soyqırımı tanıması haqqında ətraflı məlumat verilir.

Daha sonra çıxış edən Ə.Orucov bildirib ki, erməni faşistlərinin Azərbaycan xalqına qarşı törətdikləri bu əməllərin ifşa olunması üçün çox işlər görlür və görülməlidir: "Bunun üçün Azərbaycan Prezidenti də bu ilin yanvarında müvafiq fərman imzalayıb. Bu istiqamətdə KİV-lərin və QHT-lərin fəaliyyətləri də öz töhfəsini verir". Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun məsləhəti əsasında əməkdar jurnalist Mübariz Əsgərovun ssenari müəllifliyi və rejissorluğu ilə çəkilən filmdə "Xocalı soyqırım, səbələri, nəticələri və beynəlxalq aləmdə tanınması" kitabındakı faktlardan istifadə olunub.

Filmdə erməni işğalçılarının Xocalıya basqın etdiyi gecə 4 gün meşədə gizlənən bir ailənin çəkdiyi əzablardan da söhbət açılır. Hadisənin canlı şahidi olan Xocalı sakini Sənəm Abdullayeva o dəhşətləri xatırlayaraq dinc əhalinin başına gətirilən müsibətlərdən danışıb, anası, atası və 16 yaşlı kiçik bacısının meşədə öldüklərini bildirib. Xocalıdan olan ailənin sağ qalan üzvlərini erməni qəsbkarları əsir götürür, bir müddətdən sonra Azərbaycan tərəfinin apardığı danışıqlar nəticəsində onlar azad edilirlər.

Sənədli filmdə Ə.Həsənovun Xocalı soyqırımının dünyada tanıdılması ilə bağlı fikirləri yer alıb. Bu soyqırıma görə erməni faşistlərinin cəzalandırılmasının zəruriliyini qeyd edən Ə.Həsənov bildirib ki, Xocalı soyqırımı və Azərbaycan xalqına törədilmiş heç də bundan geri qalmayan soyqırımlar ermənilərin üzərində olan bir çirkabdır və onlar heç zaman bundan təmizlənə bilməyəcək.

PA rəsmisi bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri işğalçı Ermənistana ciddi təzyiq göstərmirlər. O qeyd edib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən "Xocalıya ədalət!" kampaniyası yüksək qiymətləndirilir.

PA rəsmisi qeyd edib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən "Xocalıya ədalət!" kampaniyası Xocalı soyqırımının tanınmasına mühüm töhfə verir: "İslam Əməkdaşlıq Təşkilatı, ABŞ-ın 20 ştatı və bir sıra ölkələr Xocalı soyqırımını tanıyıb".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam