Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Həbsxanadakı gizli sexin xammalı Azərbaycandan gedirmiş

Rusiyanın Sankt-Peterburq şəhərindəki “Yablonovka” həbsxanasında gizli siqaret sexi aşkarlanıb.

Xeberinfo.com:   Məlumata görə, bir neçə gün əvvəl güc strukturlarının əməkdaşlarından ibarət desantın həbsxanada keçirdiyi əməliyyat zamanı aşkarlanan gizli sexin xammalı - tütün Azərbaycandan gedirmiş. Siqaretlərin qutusunu isə Novqoroddan təchiz ediblər.

Peterburq KİV-lərinin yazdığına görə, sexin ərazisi min kvadrat metrə yaxın olub, orada “Belomorkanal” siqaretinin istehsalı üçün 10, “Prima” siqaretinin istehsalı üçün 5 dəzgah olub. İşçilər isə, təbii ki, həbsxana sakinləri, yəni dustaqlar idi.

Həbsxana ərazisində gizli siqaret sexinin aşkarlanması Rusiyanın penitensionar xidmətində geniş yayılmış korrupsiyanın daha bir əlamətidir və böyük qalmaqal doğurub. Məlumatlara görə, həbsxananın rəisi Viktor Boçkov artıq işdən azad edilib. Günlərdir mətbuat bu qalmaqaldan yazsa da, hüquq-mühafizə orqanları cinayət işi qaldırmağı ləngidiblər. Çünki deyilənlərə görə, həbsxana rəisinin penitensionar xidmətdə güclü “krışası” olub.

 

Leninqrad vilayətinin prokuroru Stanislav İvanov qalmaqalla bağlı həbsxanada olub və bu gün fevralın 9-da müşavirə keçirərək həbsxanada gizli sexin aşkarlanmasına görə cinayət işinin qaldırılmaması səbəbindən prokurorları sərt tənqid edib. O bildirb ki, hadisə yerinə baxış zamanı cinayət əməlini sübut edən dəlillərin toplanılması düzgün aparılmayıb. Üstəlik, dəzgahları və on minlərlə qutu siqareti çıxararaq anbara yerləşdiriblər. İvanov yaxın günlərdə özü yenə həbsxanaya gedəcəyini deyib.

Bildirilir ki, həbsxananın ərazisində siqaret sexinin yerləşdiyi ərazini “Taboç” ASC adlı firma icarəyə götürüb. Həmin firma həbsxana rəisinin keçmiş arvadının adınadır. Azərbaycandan tütünün hansı yolla və kimlər tərəfindən sexə daşındığı isə məlum deyil. Ancaq sexin neçə ildir ki, fəaliyyət göstərdiyi bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam