Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ABŞ İsrailə qırıcı təyyarələr yerləşdirir

ABŞ İsrailə qırıcı təyyarələr yerləşdirir

ABŞ İranın nüvə proqramı ilə bağlı yaranmış gərginlik fonunda Yaxın Şərqdəki hərbi mövcudluğunu sürətlə artırmağa davam edir.

Yenixeber.org: Vaşinqton Böyük Britaniyadakı bazasından İsrailə 10-dan çox “F-22 Raptor” çoxməqsədli qırıcı təyyarəsi göndərib.

Məlumata görə, İngiltərənin şərqindəki “Leykenhit” bazasından havaya qalxan 12 qırıcıdan biri texniki nasazlıq səbəbindən geri qayıtmalı olub, digərləri isə artıq İsrailin cənubundakı aviabazalara yerləşdirilib.

Pentaqonun bu addımı fevralın 17-də Cenevrədə İranla aparılan nüvə danışıqlarının ikinci raundunun uğursuzluqla başa çatmasından sonraya təsadüf edir. Hazırda ABŞ bölgəyə ümumilikdə 150-dən çox hərbi təyyarə və əlavə qüvvələr cəmləşdirib ki, bu da son 20 ilin ən böyük hərbi manevrlərindən biri hesab olunur.

Eyni zamanda, ABŞ-ın ən böyük aviadaşıyıcısı olan “USS Gerald R. Ford” fevralın 23-də Yunanıstanın Krit adası yaxınlığında müşahidə edilib. Göyərtəsində onlarla təyyarə daşıyan gəminin yaxın saatlarda Yaxın Şərq sularına çatacağı və bölgədəki “USS Abraham Lincoln” zərbə qrupuna qoşulacağı gözlənilir.

Xatırladaq ki, rəsmi Tehran sanksiyaların ləğvini tələb etdiyi halda, Vaşinqton nüvə proqramının tamamilə dayandırılmasında israr edir.(“The Times of Israel”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam