Bakıda qəza olub -Motosikletçi ölüb

Bakıda avtomobil motosikletlə toqquşub.
Yenixeberorg.com xəbər verir ki, hadisə dünən gecə saatlarında Xəzər rayonunda baş verib.
Belə ki, Cəmil Behbudov idarə etdiyi “Mercedes E-280” markalı avtomobillə Qala-Şüvəlan yolunda hərəkətdə olan zaman yolun qarşı tərəfindən gələn Vüqar Əşrəfzadə idarə etdiyi motosikletlə toqquşub.
Qəza nəticəsində Vüqar Əşrəfzadə aldığı xəsarətlərdən ölüb.
Fakt üzrə cinayət işi başlanılıb.









AZ
RU