Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

AŞPA-da Qarabağ qətnaməsinin qəbul olunmamasının detalları - VİDEO

 

AŞPA-nın qış sessiyasında britaniyalı Robert Uolterin hazırladığı və Azərbaycanın işğal altındakı ərazilərindəki zorakılıq hallarına dair qətnamə layihəsinin səsvermədən niyə keçmədiyi məlum olub.

Xeberinfo.com:  Məlumata görə, ermənipərəst amerikalı konqresmen Adam Şiff Amerikada nəşr edilən erməni qəzeti “Asbarez”in baş redaktoru Ara Xaçatryanla söhbətində dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Viktoriya Nulandın bu işdə xüsusi rolunun olduğunu deyib.

“Mən qətnamə müzakirəyə çıxarılmazdan əvvəl ABŞ Dövlət Departamentinə və region üzrə səfirlərindən birinə müraciət etdim. Mənfi mövqeyimi bildirdim və qeyd etdim ki, bu, Azərbaycanı dəstəkləyən, təktərəfli qətnamədir. Həm səfir, həm də Viktoriya Nuland bunun üzərində işləyəcəklərini dedilər”-Adam Şiff bildirib.

 

Konqresmen deyib ki, onların bu kimi səyləri sayəsində qətnamə layihəsi səsvermədən keçməyib. “Orada su ilə bağlı digər bir qətnamə də var idi. O, keçdi. Amma düşünürəm ki, ən destruktiv olanı keçmədi”, - Adam Şiff deyib. 

Xatırladaq ki, Robert Uolterin qətnaməsində Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxladığı təsbit olunurdu. Qətnamə layihəsinin müzakirəyə çıxarılmasından əvvəl ATƏT-in Minsk Qrupunun həmsədrləri sənədin qəbulundan çəkinməyə çağıran bəyanat vermişdi.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam