Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Günün xəbəri

İsrail növbəti dəfə Livanın cənubunu vurdu...

israil-novbeti-defe-livanin-cenubuna-zerbeler-endirdi

İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubunda “Hizbullah”ın hərbi infrastrukturuna və mühəndislik texnikasına qarşı yeni hava hücumları həyata keçirib.

Yenixeber.org: Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hədəf alınan ağır texnika Məzrat əl-Daudiyyə ərazisində “Hizbullah”ın hərbi obyektlərini bərpa etmək üçün istifadə edilib.

İsrail hərbçilərinin qənaətinə görə, qruplaşmanın həmin ərazidə infrastrukturun bərpasına çalışması 2024-cü ilin noyabrında əldə olunmuş atəşkəs razılaşmasının birbaşa pozulmasıdır. Ordu bəyanatında bu addımları İsrail vətəndaşlarına və hərbçilərinə qarşı yönəlmiş terror fəaliyyətinin qarşısını almaq məqsədilə atdığını vurğulayıb.

Xatırladaq ki, son günlər Livanın cənubunda gərginlik yenidən artıb. Yanvarın 25-26-da IDF-in Bir əl-Sansal, Sur və digər bölgələrə endirdiyi zərbələr nəticəsində “Hizbullah”ın bir neçə üzvü, o cümlədən infrastrukturu bərpa etməyə çalışan bir operativ işçinin zərərsizləşdirildiyi bildirilir. Livan tərəfi isə sözügedən hücumları atəşkəs rejiminin pozulması kimi qiymətləndirir.(“Times of Israel”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam