Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Zelenski ABŞ-a gedə bilər -Təhlükəsizlik zəmanətləri üçün

Ukrayna Prezidenti Volodimir Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlar aparmaq məqsədilə ABŞ-a səfər etməyə hazırdır.

Yenixeber.org: Bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “RBK-Ukraina”ya açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, səfər ABŞ tərəfindən müvafiq siyasi siqnal verildiyi təqdirdə baş tuta bilər.

“Prezident də, nümayəndə heyəti də ABŞ-a yola düşməyə və Ukrayna üçün ədalətli sülhün maksimum dərəcədə yaxınlaşması naminə prosesi sürətləndirməyə hazırdır”, – Sibiqa vurğulayıb.

O qeyd edib ki, hazırda bir sıra istiqamətlər üzrə irəliləyiş əldə olunub. Bunlara sənədlərin məzmununun razılaşdırılması, onların hüquqi mahiyyətinin anlaşılması, eləcə də yekunlaşdırma üçün addımların ardıcıllığı daxildir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam