Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Nəsimi Nəbizadə reabilitasiya mərkəzindən qaçdı

Nəsimi Nəbizadə reabilitasiya mərkəzindən qaçdı

Tanınmış keçmiş aparıcı Nəsimi Nəbizadə reabilitasiya mərkəzindən qaçıb.

Yenixeber.org: Bu barədə "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov deyib.

O bildirib ki, Nəsimi Nəbizadə paytaxtın Səbail rayonu, Nizami küçəsindəki kafedən yoxa çıxıb:

"Nəsimi müəllimə hər cür yardım edirdik. Sonuncu dəfə dişlərini düzəltdirmək üçün Sumqayıta həkimə apardım. İki gün öncə dedi ki, ürəyim sıxılır, gəzmək istəyirəm. Onunla birlikdə Nizami küçəsinə gəldik. Orada restoranda çörək yedik. Sonra çıxıb gəzdik, söhbətləşdik. Axırda gəldik kafeyə, əyləşib çay sifariş verdik. Mən getdim əlimi yumağa. Qayıtdım ki, Nəsimi masada yoxdur. Düşündüm ki, yəqin ayaqyoluna gedib. Dörd saat kafedə gözlədim, gördüm yoxdur. Bildim ki, Nəsimi Nəbizadə qaçıb". 

C.Salmanov qeyd edib ki, mərkəzin əməkdaşları dərhal Nəsimi Nəbizadənin Saray qəsəbəsindəki ata evinə gediblər:

"Evə getdik, qardaşı Elnur qapını açdı, dedi ki, evə gəlməyib. Hazırda axtarışlarımız davam edir. Biz yenə də ümidimizi üzmürük, qayıdacağını gözləyirik".(oxu.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam