Ukraynanın itkilərini yeniləndi -STATİSTİKA
Rusiya müharibənin 1407-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Yenixeber.org: Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 669 təyyarəsi, 283 helikopteri, 106 194 PUA-sı, 641 zenit-raket kompleksi, 26 815 tank və digər zirehli texnikası, 1 634 reaktiv yaylım atəş sistemi, 32 275 artilleriya və minaatanı, 50 464 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.










AZ
RU
