Redaktor seçimi
İnqilab lideri, Moskvaya ümid olan, dar ağacına sürüklənən əyalət uşağı… –
44 günün dönüş nöqtəsi, Şuşa əməliyyatının sirri, “mücrü” fenomeni… –
Anuş Apetyan kim idi – tibb bacısı, yoxsa snayper? -
Delfin və balinası olan II Elizabet:
Partiyalara 90 gün vaxt verilir…-
Sahibkarı belə müflis etdilər –
Teyyub Hüseynovun Türkiyədə 6 milyonluq macərası:
Sabirabadda qazimiz belə təhqir olunub:
Günün xəbəri

GÜNAYDIN, ŞEHRİYAR

 

 

 

 

AZERBAYCAN RESPUBLİKASININ YÜZ İLLİYİ

       

        Üreklerin işıg sacan çırağı, 

Yurddaşların güman yeri, dayağı,

El-obamın solmayacag budağı,

Şehriyarım, böyük Türküm, günaydın!

Gardaş derdlim, gelbi dağlım, günaydın!

***

Günaydından etrini allam senin,

Sözümle könlüne od sallam senin,

Çıxıb gulluğuna men gallam senin,

Bircesenin könlün gülsün, şad olsun,

Elin, oban günü-günden ad olsun.

***

Goşgunla göylerde guştek sekirsen,

Sözünle pis gözü ovub tökürsen,

Gece-gündüz el gayğısı çekirsen,

Bahadırdır yurdum, deyib yananlar.

Bu yolda yanmağı erdem sananlar.

***

Ellerimiz ayrı-ayrı düşübdür,

Bize sevinc, size ağrı bişibdir.

Etinizi ağa yeyib, şişibdir.

Gün yetişer ağa, erbab yox olar,

Ana yurdum birge olsa, tox olar!

***

Ana yurdun dönüb iki olandan,

Sevincimiz gelbde yara salandan,

Dilde “allah-allah” deyen yalandan,

Ağalardan kötek, gırmanc gördünüz,

“Allah biler” deyib, ömür sürdünüz.

***

Ay gardaşım, dünya gardır, borandır,

Düneni pis, bu gün daha yamandır.

Eloğlumun başı gatı dumandır.

Eloğluna düz yol göster, Şehriyar,

Düz yol geden el birleşer, bir olar.

 

 

 

 

 

 

***

Yandı gelbin Heyder baba ağladın,

Sözlerinle min-min ürek dağladın.

Özünü eline berkden bağladın,

Gırılmasın yurdun kimi, o teller,

Gopsa tufan, çağlasa gara seller.

***

Heyder baba söze tutdu elini,

Mahnı-mahnı biten gızıl gülünü.

Goruyub saxladı şirin dilini.

Yaz gülü de, sen dil deme, yaz gülü,

Oxuyur üstünde xarı bülbülü.

***

Heyder baba gizlin-gizlin ağladı,

Bax deyende galxdan gorxdu, saxladı.

Görende ağalar bunu, toxtadı.

Yoxdu gorxu, el yatmışdı Şehriyar,

Senin harayınla belke oyanar.

***

Gelbimizden neçe ildir gan axır,

Araz goynumuzda gıvrılıb yaxır,

Ne könlüm govuşur, ne gözüm baxır,

Hansı oğul de, bu derde dözerdi?

Azerbaycan ne çox duruş getirdi?

***

Bir ulusug, bölünmüşük, ayrıyıg.

Vururlar gırmancı, cörek sayırıg.

Neçin dağılmırıg, neçin yazığıg?

Günlerimiz ne pis geldi, Şehriyar?

Haçan son üsyana olar son gerar?

***

Sesle eloğlunu sesle gardaşım,

Galxsın vuruşmağa toprağım, daşım.

Deyek bu şahlarla olan savaşım,

Azerbaycan, sene oğulluğumdur!

Eline-gününe vurğunluğumdur!

***

Gel galdırag bütün eli ayağa,

Ne şah galsın, ne bir erbab, ne ağa.

Yurdun bütün çıxsın o gözel çağa.

El birleşsin, ana, oğul bir olsun,

Bakımın güneşi Tebrizde doğsun!

 

***

Galdırag ayağa Türkü gardaşım,

Gaşdan-gaşa gelsin, elim, soydaşım.

Govuşsun ağ güne bütün yurddaşım,

Azerbaycan birge olsun, da besdir!

Bu menim yox, Türkler bagıran sesdir.

***

Durmag gerek, çağır bütün elleri,

Şah tacına balta vuran elleri,

Vursun Azerbaycan pehlevileri.

Başlansın yurdumun birgelik çağı,

Ucalsın göylere Türkün bayrağı.

***

Men bir közem ateş olub yaxmağa,

Koroğlutek yağı göze çaxmağa,

Birçe yatan Türkler dursun ayağa,

Getsin bu ayrılıg, itilsin bizden,

Azerbaycan birgeolduğu günden.

                                                                 

 

Yadigar Türkel


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam